Maqnit qasırğaları həm insanların rifahına, həm də avadanlıqların işinə təsir göstərə bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər sentyabrın 29-dan oktyabrın 4-nə kimi geomaqnit dalğalarının bir neçə gün artacağını proqnozlaşdırırlar. Havaya həssas olan insanların səhhətlərində dəyişikliklər ola bilər.
29 sentyabr - 4 oktyabr üçün maqnit qasırğası proqnozu
Bazar ertəsi, 29 sentyabr - K-indeksi 5-ə qədər güclü geomaqnit pozğunluqları gözlənilir.
Çərşənbə axşamı, 30 sentyabr - K-indeksi 3-ə qədər aktivlik ehtimalı ilə kiçik maqnit pozğunluqları.
Çərşənbə günü, 1 oktyabr - geomaqnit şərait nisbətən sakitdir, dalğalanmalar K-indeksi 2-3 diapazonundadır.
Cümə axşamı, 2 oktyabr - geomaqnit şərait sakitdir, K indeksi 2-dir.
Cümə, 3 oktyabr - potensial G1 qırmızı səviyyəli qasırğa (K-index 4-5).
Şənbə, 4 oktyabr - aktivlik tədricən azalacaq, K-indeksi 4 proqnozlaşdırılır.