İTV ilə “Türkməneli” TV arasında niyyət protokolu imzalanıb
05 iyun 2009 15:30 (UTC +04:00)

İTV ilə “Türkməneli” TV arasında niyyət protokolu imzalanıb

İyunun 5-də İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Kəlkükdə fəaliyyət göstərən Türkməneli Televiziyası arasında niyyət protokolu imzalanıb. Qurumdan Lent.az-a verilən məlumata görə, İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərov və Türkməneli Televiziyasının direktoru Yalman Həcəroğlu tərəfindən imzalanan protokola əsasən, tərəflər ortaq proqramlar hazırlayacaq və digər layihələr reallaşdıracaqlar. Bundan əlavə, Türkməneli Televiziyasının texniki və yaradıcı əməkdaşları təcrübə keçmək məqsədiylə müxtəlif vaxtlarda İctimai Teleradioya ezam olunacaqlar. Həmçinin razılaşmaya görə, Türkməneli Televiziyası İctimai Teleradionun arxivindən də yararlana biləcək.

Göstərdiyi qardaşlıq münasibətinə görə Baş direktor İ.Ömərova təşəkkürünü bildirən Türkməneli Televiziyasının direktoru Y.Həcəroğlu bu günü bütün Kəlkük türkləri üçün xoşbəxt gün adlandırıb: “Azərbaycanın ictimai yayımçısı ilə razılaşma protokolu imzalamaq bizim üçün şərəfdir. Biz eyni tarixə, eyni mədəniyyətə malik qardaş xalqlarıq. Hesab edirəm ki, TRT, İctimai Teleradio və Türkməneli Televiziyası eyni millətin müxtəlif televiziyalarıdır”.

Türkməneli Televiziyası ilə yeni qurulan əlaqələrdən məmnunluğunu ifadə edən İ.Ömərov bildirib ki, televiziyalar arasındakı əməkdaşlıq xalqları bir-birinə daha da yaxınlaşdıracaq: “Bu niyyət protokolu iki kanal arasında əməkdaşlığın başlanğıcıdır. İctimai Teleradio olaraq Kəlkük türklərinin mədəniyyətlərinin bütün dünyaya çatdırılması üçün lazımi işləri görəcəyik”.

Türkməneli Televiziyası ilə əlaqələrə böyük önəm verdiklərini deyən İ.Ömərov bu əlaqələrin daha da genişlənəcəyini və İctimai Teleradionun bu kanala hər zaman yaradıcılıq sahəsində dəstək olacağını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19