Gəncədə 4517 şagird buraxılış imtahanı verib
05 iyun 2009 13:15 (UTC +04:00)

Gəncədə 4517 şagird buraxılış imtahanı verib

Şagirdlər biliyini cəbr, həndəsə və ana dili fənni üzrə sınayıb
Bu gün Gəncədə 9-cu siniflərin buraxılış imtahanı keçirilib. Şəhərin 46 məktəbində 4517 şagird cəbr, həndəsə və ana dili fənni üzrə biliyini sınayıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov məlumat verib. Onun sözlərinə görə, imtahanda şagirdlərə 25 sual ana dilindən, 25 sual isə cəbr və həndəsədən olmaqla, 50 sual təqdim olunub. 50 sualdan minimum 20 faizinə cavab verən şagirdi 2, 50 faizə cavab verəni 3, 50 faizdən 80 faizə qədərinə cavab verəni 4, 80 faizdən yuxarı nəticə əldə edən şagirdi isə 5 qiyməti gözləyir. İmtahanda nəticə əldə edə bilməyənlər isə payızda biliyini yenidən sınayacaq.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038

Oxşar yazılar