Kölgəsinə 7 min insan sığan ağac
05 iyun 2009 10:45 (UTC +04:00)

Kölgəsinə 7 min insan sığan ağac

Gördüyünüz meşə sahəsi deyil, sadəcə bir ağacdır.

Lent.az-ın məlumatına görə, Hindistanda bitən Banyan adlı ağacın kökləri daha sonra yeni gövdələr və budaqlar əmələ gətirir.

Hindistanda müqəddəs sayılan ağac uzunömürlülüyünə görə ölümsüz hesab edilir. Onun müqəddəs sayılmasının səbəbi isə Buddanın “mən bayan ağacıyam” deməsidir.


Ölkənin bir çox yerində ağacın altında böyük toplantılar təşkil olunur.

Qoruqlarda himayə olunan Banyanın 320 qalın, ən az 3 min incə gövdəsi var. Kölgəsinə 7 min insan sığan ağacın gövdəsindən axan ağ rəngli maddədən kauçuk da əldə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908

Oxşar yazılar