3 mağazada 600 kiloqram saxta dondurma aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi Bakıda və regionlarındakı istehlak bazarında yoxlamalar aparır
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak məhsullarının keyfiyyətinə dair apardığı yoxlamalarda daha 5 mağazada ciddi pozuntular aşkarlayıb. Bu mağazaların 3-də vaxtı keçmiş dondurmaların, 2-də isə tikinti materiallarının satıldığı üzə çıxıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iyunun 3-də keçirilən monitorinq Xətai prospekti- 23 ünvanında “Cəmal LTD”yə məxsus dondurmaların topdansatış obyektində, F.Əmirov küçəsi-13 ünvanında “Saba şirkəti” MMC-yə məxsus və C.Hacıbəyli küçəsi- 39 ünvanında fiziki şəxs C.Cavadova məxsus dondurma mağazalarında ümumi çəkisi 600 kiloqrama yaxın istifadə müddəti ötmüş müxtəlif çeşidli dondurmalar aşkar olunmuş və satışdan çıxarılaraq məhv edilmişdir.
Nazirlikdə bildirirlər ki, dünən gün ərzində aparılan yoxlamalarda Mingəçevir şəhərində Gəncə şossesi-10A ünvanında fiziki şəxs İ.Məmmədova məxsus və Goranboy rayonunda Dəliməmmədli şəhəri Y.Rəhimov küçəsində fiziki şəxs A.Məmmədovun tikinti materialları mağazalarında 4 tona yaxın saxta sement aşkar edilərək satışdan çıxarılıb.
Həmin faktlar üzrə qanun pozuntusuna yol vermiş 2 hüquqi və 3 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.
Elxan SALAHOV

1054