Ali məktəblərə ilk qəbul imtahanı iyulun 5-də keçiriləcək
20 may 2009 19:00 (UTC +04:00)

Ali məktəblərə ilk qəbul imtahanı iyulun 5-də keçiriləcək

Yaxın günlərdə imtahanların keçirilmə cədvəli TQDK-nın İnternet saytında yerləşdiriləcək


Bu il Azərbaycanın ali məktəblərinə bakalavr pilləsi üzrə ilk qəbul imtahanı iyulun 5-də keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, yaxın günlərdə imtahanların keçirilmə cədvəli TQDK-nın İnternet saytında yerləşdiriləcək.


Qeyd edək ki, ali məktəblərə ilk qəbul imtahanının üçüncü ixtisas qrupu üzrə keçiriləcəyi bildirilir.
# 827

Oxşar yazılar