QHT-lərə Dövlət Dəstəyi Şurası Açıq Cəmiyyət İnstitutu ilə müştərək layihələr maliyyələşdirəcək
20 may 2009 18:30 (UTC +04:00)

QHT-lərə Dövlət Dəstəyi Şurası Açıq Cəmiyyət İnstitutu ilə müştərək layihələr maliyyələşdirəcək

Şura və ACİ YF rəhbərlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (ACİ YF) müştərək layihə və proqramlar maliyyələşdirəcək. Bu haqda razılıq Şura və ACİ YF rəhbərlərinin bugünkü görüşündə əldə edildi.

Şura sədri Azay Quliyev görüşün nəticələrini şərh edərək bildirdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına çalışan hər iki donor təşkilatın bir sıra strateji hədəfləri eynidir və burada müştərək fəaliyyətin səmərəsi daha yüksək ola bilər.

Şura sədri qeyd etdi ki, ACİ YF, Dünya Bankı, Counterpart İnternational və Azərbaycanda fəaliyyət göstərən digər donorlarla Şuranın yaxın əməkdaşlığı ölkə üçün xüsusi əhəmiyyət kəsb edən sahələr üzrə layihə maliyyələşdirməsini gücləndirir, həm də bəzi layihələrin təkrar maliyyələşdirilməsi hallarını istisna edir. Bundan əlavə, donorlar arası əməkdaşlıqda təcrübə mübadiləsinin də önəmli rol oynadığını qeyd edən A.Quliyev artıq Şura ilə Dünya Bankının müştərək layihələri maliyyələşdirilməyə başladığını dedi.
# 732

Oxşar yazılar