Polislər qan verdi
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə mayın 12-dən 19-dək Bakının Suraxanı, Əzizbəyov, Xətai, Nizami rayon polis şöbələrində, habelə Bakı Dövlət Universitetinin hüquq fakültəsində və “Azərsun Holdinq” şirkətində könüllü qanvermə aksiyaları keçirilib.
Səhiyyə Nazirliyinin tibbi xidmətin təşkili şöbəsindən Lent.az-a bildiriblər ki, aksiyalar zamanı Suraxanı RPŞ-də 29, Əzizbəyov RPŞ-də 33, Xətai RPŞ-də 37, Nizami RPŞ-də 63 nəfər, Bakı Dövlət Universitetinin hüquq fakültəsində 34 nəfər və “Azərsun Holdinq” şirkətində 404 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, xəstələrin müalicəsində istifadə olunacaq.
Səhiyyə Nazirliyi qanvermə kampaniyasında iştirak edənlərə təşəkkür edərək aksiyanın davam etdiyini bildirir.
Elxan SALAHOV

964