Azərbaycanda 5 ay yarıma AİDS-dən 22 nəfər ölüb!
Ümumi ölənlərin sayı 254-ə, HİV-ə yoluxanların sayı isə 2007-yə çatıb
Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1987-ci ildən bu il mayın 15-dək olan müddətdə 2007 nəfər HİV-ə yoluxmuş şəxs qeydiyyata alınıb. Bu barədə Lent.az-a Mərkəzdən bildirilib. Onlardan 1931 nəfəri Azərbaycan vətəndaşı, 76-sı əcnəbidir. Həmin dövr ərzində 254 Azərbaycan vətəndaşı (224 kişi v 30 qadın) AİDS-dən dünyasını dəyişib (müqayisə üçün bildirək ki, Mərkəzin 2008-ci il dekabrın 1-nə açıqladığı rəqəmə görə AİDS-dən ölənlərin sayı 232 nəfər idi. Rəqəmlərin müqayisəsi nəticəsində məlum olur ki, son 5 ay yarım müddətində daha 22 nəfər AİDS-dən dünyasını dəyşib).
Yaş mənsubiyyətinə görə AİDS-dən ölən Azərbaycan vətəndaşlarının belə bölünüb: 0-8 yaşında – 4 nəfər, 21-29 yaşında - 33 nəfər, 30-39 yaşında – 121 nəfər, 40-49 yaşında – 81 nəfər, 50-59 yaşında 13 nəfər, 67 yaşında 1 nəfər. 1 nəfər isə yaşı naməlum olan şəxsdir.
AİDS-dən ölənlər arasında 38 inzibati ərazi vahidinin sakinləri olublar. AİDS-dən ən çox ölüm halları daha çox Bakı və Abşeronda (86 nəfər), Lənkəranda (32 nəfər) və Sumqayıtda (24 nəfər) qeydə alınıb.
AİDS-dən dünyasını dəyişmiş insanların ailələrində 207 uşaq yetim qalıb, onlardan 14 uşaq ata və anasını, 15 uşaq anasını, 178 uşaq isə atasını itirib.
Qeyd edək ki, mayın 17-si AİDS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə Günüdür. Belə ki, 1983-cü ildən etibarən hər il may ayının üçüncü bazar günü bu xatirə günü qeyd olunur. Xatirə günü ilk dəfə olaraq həmin il San-Fransisko şəhərində AİDS problemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlar tərəfindən təsis olunub və keçirilib. Həmin vaxt AİDS-dən ölənlərin sayı bir neçə min nəfər idli. UNAİDS və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin 2007-ci ilin sonuna təqdim etdiklərin məlumata görə, dünyada HİV/AİDS-lə yaşayan insanların sayı 33,2 milyon nəfərdir.
Pərvin ABBASOV

1225