“Donuz qripi” rəsmən Türkiyədə!
16 may 2009 10:45 (UTC +04:00)

“Donuz qripi” rəsmən Türkiyədə!

Səhiyyə Nazirliyi açıqlama yaydı

Türkiyədə “donuz qripi” tapıldı. Lent.az-ın CNN Türk-ə istinadən məlumatına görə, Türkiyə Səhiyyə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, ABŞ-dan İraqa getmək üçün yolüstü İstanbulda olan və Türkiyəyə giriş alan bir şəxsdə A (H1N1) virusu tapılıb.

Nazirliyini açıqlamasında deyilir ki, həmin şəxs hava limanında Türkiyəyə girərkən termal kamera onda yüksək hərarət qeydə alıb. Beynəlxalq Qrip Laboratoriyalarında aparılan təhlillərdən sonra həmin şəxsdə H1N1 virusu olduğu üzə çıxıb.

Səhiyyə Nazirliyi bu hadisə ilə bağlı tədbir görüləcəyini bildirib.
# 1112

Oxşar yazılar