Rusiya universitetlərinə qəbul imtahanı başlayır
Bu gün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda, eləcə də həmin ölkənin digər ali məktəblərində test imtahanı keçirilir. Bakıdakı 225 saylı orta məktəbin binasında keçirilən imtahan yaxın dəqiqələrdə başlayacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a bildiriblər ki, Rusiyada təhsil almaq üçün 98 Azərbaycan vətəndaşı sənəd verib. Test imtahanı nəticəsində müsabiqə şərtini ödəyən abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə isə mayın 16-da olacaq. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq.
Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlərə qeydiyyatdan keçmək üçün mayın ayının 4-dən 12-dək vaxt verilmişdi.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda yeni yayılan virusdan necə qorunaq? - Nazirlikdən CAVAB
3 iyun 2025 , 14:12
Sabah bu ərazilərə qar yağacaq - Hava PROQNOZU
3 iyun 2025 , 12:23
UniDestin Təhsil Mərkəzi kurslara başladı
3 iyun 2025 , 11:53
Yağışlı, küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ
3 iyun 2025 , 10:12
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyun 2025 , 10:09
Qurbanlıq alarkən diqqətli olun: Ölümcül xəstəlik riski
3 iyun 2025 , 09:50
Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq
3 iyun 2025 , 09:09