Gəncə, Göygöl və Daşkəsəndə 3 mindən çox insana əlillik statusu verilib
Vətəndaşlara ən çox ürək-qan-damar sistemi xəstəliklərindən əlillik təyin olunub
Bu ilin ötən dövrü ərzində 7 saylı Zona Tibbi Sosial Ekspertiza Komissiyasında Gəncə, Göygöl və Daşkəsəndən olan 4084 nəfər müayinədən keçib. Bunlardan 419 nəfəri ilkin, 3180 nəfəri isə təkrar müraciət edənlərdir. İlkin müraciət edənlərdən 10 nəfərinə birinci, 366 nəfərinə ikinci, 43 nəfərinə isə üçüncü qrup əlillik statusu verilib. Təkrar müayinədən keçənlərdən isə 28-i birinci, 2847-i ikinci, 305 nəfəri üçüncü qrup əlillik təyin edilib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə 7 saylı Zona Tibbi Sosial Ekspertiza Komissiyasının sərdi Elmira Səlimova məlumat verib. Məlumata görə 99 nəfər tam əlillikdən çıxarılıb. 90 nəfərin isə reabilitasiya nəticəsində əlillik qrupu dəyişdirilib. Cari ildə komissiyaya müraciət edənlərin 106-ı ilkin, 273-ü təkrar olmaqla, 379 nəfəri gənc olub. Vətəndaşlara ən çox ürək-qan-damar sistemi xəstəliklərindən əlillik təyin olunub. Ümumilikdə bu il 7 saylı Zona Tibbi Sosial Ekspertiza Komissiyasına ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciət edənlərin sayı 5 faiz azalıb.
Vüsalə Cənnətova

Oxşar yazılar

Azərbaycanda yeni yayılan virusdan necə qorunaq? - Nazirlikdən CAVAB
3 iyun 2025 , 14:12
Sabah bu ərazilərə qar yağacaq - Hava PROQNOZU
3 iyun 2025 , 12:23
UniDestin Təhsil Mərkəzi kurslara başladı
3 iyun 2025 , 11:53
Yağışlı, küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ
3 iyun 2025 , 10:12
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyun 2025 , 10:09
Qurbanlıq alarkən diqqətli olun: Ölümcül xəstəlik riski
3 iyun 2025 , 09:50
Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq
3 iyun 2025 , 09:09