“Dövlət komitəsində “Neft daşları”nda inşa olunmuş hansısa məscid qeydiyyatdan keçməyib”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri belə deyib
“Nə “Neft daşlar”ında hər hansı məscidin tikilməsi ilə bağlı icazə olub, nə də orada hansısa dini icma dövlət qeydiyyatından keçib”. Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Dövlət komitə rəsmisi deyib ki, “Neft daşları”nda hansısa məscid tikilibsə də, dövlət komitəsində sənədləşdirilməyib. G. İsmayılovun sözlərinə görə, bütün hallarda sözügedən ərazidə məscidin sökülüb-sökülmədiyi ilə bağlı məlumatlar araşdırılacaq.
Qeyd edək ki, dünən “Neft daşları”nda bir neçə ay əvvəl inşa edilən məscidin sökülməsi ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, bu ilin aprelin 24-də Bakının Yasamal rayonunda qanunsuz inşa edilən və “Peyğəmbərimiz Məhəmmədin məscidi” adı verilən məscid də sökülüb.

Oxşar yazılar

Azərbaycanda yeni yayılan virusdan necə qorunaq? - Nazirlikdən CAVAB
3 iyun 2025 , 14:12
Sabah bu ərazilərə qar yağacaq - Hava PROQNOZU
3 iyun 2025 , 12:23
UniDestin Təhsil Mərkəzi kurslara başladı
3 iyun 2025 , 11:53
Yağışlı, küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ
3 iyun 2025 , 10:12
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyun 2025 , 10:09
Qurbanlıq alarkən diqqətli olun: Ölümcül xəstəlik riski
3 iyun 2025 , 09:50
Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq
3 iyun 2025 , 09:09