Qərb bölgəsindən 2 mindən artıq abituriyent ali məktəblərə sənəd verib
12 may 2009 13:45 (UTC +04:00)

Qərb bölgəsindən 2 mindən artıq abituriyent ali məktəblərə sənəd verib

Ali məktəblərə sənəd qəbulu davam etdirilir

Aprelin 21-dən etibarən qərb bölgəsindən respublikanın ali məktəblərində təhsil almaq üçün 2 mindən artıq abituriyent Gəncədəki Sənəd Qəbulu Komissiyasına sənəd təqdim edib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə TQDK-nın qərb bölgəsi üzrə əlaqələndiricisi Məntiq Cəfərov məlumat verib. Onun sözlərinə görə abituriyentlərdən 1235 nəfəri məktəbləri bu il, 1200 nəfəri isə ötən illərdə bitirənlərdir.

Sənəd qəbulu mayın 31-dək davam etdiriləcək.

Vüsalə Cənnətova
# 1348

Oxşar yazılar