“Azercell”in prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşdü - FOTO
Ötən ay “Azercell Telekom” MMC-nin 2011-ci il üçün Tələbə Təqaüdü Proqramının qalibləri müəyyən olunub. Məlum olduğu kimi, mərhələli seçim prosesinin sonunda 7 tələbə “Azercell”in Təqaüdçüsü adına layiq görülüb.
Dünən “Azercell”in prezidenti Ali Ağan Təqaüd Proqramının qalibləri olan tələbələrlə görüşüb. Görüş zamanı cənab Ali Ağan bu gəncləri təbrik edib, onlara gələcək təhsil və karyeralarında uğurlar arzulayıb. “Azercell”in prezidenti qaliblərə sertifikat təqdim etməklə yanaşı, onlara şirkət adından müxtəlif hədiyyələr də təqdim edib.
Xatırladaq ki, Tələbə Təqaüdü Proqramının qalibləri Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Bakı Dövlət Universitetinin tələbələridir. Onlar bakalavr dərəcəsi üzrə ali təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar. Bu gənclər “Azercell”in dəstəyi ilə telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, uğurlu karyera qurmaq şansı da qazanmış olacaqlar, çünki təqaüdçülər şirkətin korporativ tədbirlərində, müxtəlif təlimlərdə iştirak edə biləcək, hətta “Azercell”də təcrübə keçmək imkanını əldə etmiş olacaqlar.
Qeyd edək ki, Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən “Azercell” şirkəti artıq üçüncü dəfədir ki, Tələbə Təqaüdü Proqramını həyata keçirir.

Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40