Doğu Akdeniz Universitetinin təmsilçisi Bakıdadır
07 dekabr 2010 12:54 (UTC +04:00)

Doğu Akdeniz Universitetinin təmsilçisi Bakıdadır

Lent.az-ın məlumatına görə, səfər Azərbaycan Tələbələr Birliyi və Doğu Akdeniz Universitetinin əməkdaşlıq haqda anlaşma memarandumu çərçivəsində həyata keçirilir. Qonaq Bakıya dekabrın 4-də gəlib, səfər ayın 11-dək davam edəcək.


Səfər çərçivəsində Azərbaycan Təhsil Nazirliyi, dövlət universitetləri və məktəbləri, eləcə də özəl məktəblərdə görüşlər də nəzərdə tutulub.


Qeyd edək ki, dekabrın 6-da Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan Tələbələr Birliyi və Doğu Akdeniz universitetinin əməkdaşlığı çərçivəsində təqdimat keçirilib. Mərasimdə 70-dən çox tələbə və müəllim iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803

Oxşar yazılar