Şeyxülislam Azərbaycan xalqını təbrik etdi
QMİ-nin mətbuat xidmətindən Şeyxülislamın imzası ilə APA-ya daxil olan təbrik məktubunda deyilir: “Dünya müsəlmanlarının əziz günü – mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən rica edirəm”.
Təbrikdə qeyd olunub ki, Qurban bayramı İslam ümmətinin ən müqəddəs və şərəfli günlərindəndi: “Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir”.
Allahşükür Paşazadənin təbrikində daha sonra deyilir: “Bu əziz gündə şəhidlərimizin ruhlarına rəhmət diləyərək, Allah-Təalaya torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün dualar edirik. Qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlara yaşatmaq Allaha xoş gedən savab əməllərdəndir. Şeyxülislam olaraq, Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə daima bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin!”.

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54