Gələn ilin sosial proqnozları açıqlandı
Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin gələn ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş iclasındakı çıxışında Dövlət sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, pensiyaçılardan 1 milyon 168 min nəfərinin pensiyasının baza hissəsi 100, 15 min 900 nəfəri 120, 7 min 650 nəfəri 200, 28 min 860 nəfəri 55, 87 min 860 nəfərininki isə 50 faizlə ödəniləcək: “Göründüyü kimi, əmək pensiyalarının baza hissəsi şəklində cəmi 1 milyard 286 milyon manat ödəniləcək. Lakin bir sıra kateqoriyalı pensiyaçıların, yəni həlak olmuş və sonradan vəfat etmiş Milli Qəhrəmanlarının ailə üzvlərinə, şəhid ailələrinə və digərlərinə pensiyaların baza hissəsinə müvafiq əlavələrin 5 faizdən 200 faizə qədər əlavələrin ödənilməsinə 31 milyon manat vəsait sərf olunacaq. Ümumilikdə gələn il üçün əmək pensiyalarının orta aylıq məbləği 118 manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 14 manat və ya 13,4 faiz yuxarıdır”.
Səlim Müslümov deyib ki, 2011-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 milyon manat səviyyəsində nəzərdə tutulub.
Elxan SALAHOV
Səlim Müslümov deyib ki, 2011-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 milyon manat səviyyəsində nəzərdə tutulub.
Elxan SALAHOV
696