“Adama baxıb, qiyməti deyirik” - REPORTAJ
Yay mövsümü başa çatır. Günorta yeməyində kükü, axşamlar isə “atlama” ilə başımızı aldada bilməyəcəyik daha. Qarpızın da mövsümü bitdi. Deməli, bazara gedərkən cibimizə daha çox pul qoymalı olacağıq.
Payız mövsümünün başlaması ilə bazarlarda alıcılara təklif olunan ərzaq məhsullarının da çeşidi dəyişib. Ticarət mərkəzlərində yayda yetişən meyvə və tərəvəzlər kifayət qədər olsa da, onlar aktuallığını itirib. İndi daha çox mövsüm malları “bərk gedir”. Bakının nisbətən imkansız və orta həyat səviyyəli sakinlərinin üz tutduğu “3-cü mikrorayon bazarı” və varlıların alver etdiyi “Nəsimi” bazarında xeyli qiymət fərqləri vardı. Məsələn, gündəlik tələbat malları arasında birinci olan kartof və soğanın qiymətində 20 qəpik artım var. Bəzi yerlərdə Gədəbəy kartofunu hətta 1 manata satırlar. Satıcılar bu qiymətin keçən ilin eyni dövrü ilə müqayisədə 30 qəpik çox olduğunu bildirir. Onlar həmçinin qeyd edirlər ki, kartof-soğan yaydakından 20 qəpik bahadır. Alverçilər bunun səbəbinin bazara çıxarılan malın azlığı və topdan satış işini bir neçə nəfərin əlində olması ilə izah etdilər.
Cəfəri bahalaşıb, əvəzinə kahının qiyməti düşüb
Yayın ən sevimli qidalarından olan pomidor və göyərtinin qiymətində isə təxminən iki dəfə atım var. Səbəb kimi havaların nisbətən soyuması və qəfil yağan yağışlar göstərilir. Yağışların yağması xüsusi ilə də göyərtinin bahalaşmasını sürətləndirib. “3-cü mikrorayon bazarı”nda hər zaman dəstəsini 10 qəpiyə aldığımız göyərtini indi 25 qəpikdən ucuz almaq mümkün deyil. Ən çox bahalaşan isə cəfərinin dəstəsidir – 30 qəpik. Əvəzində istiyə davamlılığı olmayan kahı ucuzlaşıb. Bazarın köhnə satıcılarından olan Ələsgər Cabbarov yayda 1 manata satdıqları kahı dəstəsini indi 40 qəpiyə təklif edir.
Tərəvəz alveri ilə məşğul olan Ramin Əliyev isə bazarda qiymətin stabil olmadığını və havalar soyuduqca malların bahalaşacağını dedi. O həmçinin qeyd etdi ki, əhali tərəvəzi daha çox yemək üçün alır: “Tək-tük adam olar ki, 2 kilodan çox alsın. İndi şoraba bağlamaq üçün tərəvəz alanlar da yoxdu, çünki çox bahadı. Alanlar da birdəfəlik gedib topdansatış bazasında götürür. Arada olur, göy pomidor, bibər, badımcan alırlar şoraba üçün. Amma çox az”.
Mürəbbə bizi “tərk eləyir”
Hər bir Azərbaycan ailəsində yay-payız aylarında qış üçün tədarük görülür – şoraba bağlanılır, mürəbbə bişirilir. Amma son illər bu ənənə aktuallığını xeyli itirib. Xeyr, qadınlarımız tənbəlləşməyib, tərəvəzin və meyvənin baha olması bu işə mane olur. Bazarlarda sorğu apararkən xanımların əksəriyyəti müalicəvi əhəmiyyətinə görə zoğal və albalı bişirdiklərini dedilər. Bəzilər üzümün ucuzlaşmasını, bir çoxları isə heyvanın yetişməsini gözlədiklərini dedi. Pakizə Xəlilova adlı alıcı isə əncirin qiymətindən gileyləndi: “İndi əncirin vaxtıdı, istəyirdim heç olmasa 2-3 kilo alım. Amma 3 manatdan ucuzu yoxdu. Deyirlər Bakı ənciridi, keyfiyyətlidi, ona görə, amma keyfiyyətsizini də tapmaq olmur axı”.
Pakizə xanım onu da dedi ki, əncir əvəzinə zoğal alıb. Səbəb isə zoğalın nisbətən ucuz olmasdır: “2 kilosuna 4 manat vermişəm. Yarısını kompot eləyəcəm, yarısını da mürəbbə. Qışda soyuqdəymə-zad olanda çaynan içməyə”.
İndi ən çox bişirilən moruq və çiyələk mürəbbəsidir ki, bu meyvələrin də kilosu 4 manatdan aşağı düşmür. Meyvə ilə yanaşı mürəbbənin digər xərclərini də hesablayanda onu bişirməkdənsə bişirməmək daha uyğun görünür. Ümumiyyətlə, mürəbbə qida rasionumuzu tərk edib deyə bilərik. Artıq mürəbbə ənənəvi qida növü statusunu itirib, müalicəvi və daha çox dekorativ xarakter alıb. İndi çox ailələrdə hər gün deyil, yalnız qonaq gələndən-gələnə süfrəyə mürəbbə çıxarılır.
“3-cü mikrorayon bazarı”nda ətin qiyməti ilə də maraqlandıq. Məlum oldu ki, ətin qiymətindəki son artım bura da təsir göstərib. Mal, qoyun və quzu ətinin kiloqramında təxminən 50 qəpik fərq vardı. Mal ciyərinin kilosu isə 4 manata satılırdı. Toyuq içalatı 3 manata olduğu halda, təmizlənmiş kənd çolpası 4, təxminən yarım kilo artıq çəkili brolyer toyuğu isə 4 manat 50 qəpiyə idi.
Varlılar üçün heyva - nar
“Nəsimi” bazarında isə başqa ab-hava var. Burda hər satıcı öz müştərisini gözləyir. Bazarın içində satıcılardan başqa kimisə tapmaq çətindir. Buranın alıcıları az olsa da satıcılar xeyli nikbin görünür. Çünki “Nəsimi” bazarı Bakının ən bahalı “kənd bazarı”dır. Maraqlıdır ki, burada qiymətlər gün ərzində bir neçə dəfə dəyişə bilir. Satıcılar müştərinin “vid-fasonuna” baxıb, qiyməti təyin edirlər. Meyvələri zərgər dəqiqliyi ilə düzüb alıcı gözləyən Rövşən Həsənpur adlı satıcı isə varlıların cürbəcür olduğunu deyir: “Elə gün olur bircə kilo da sata bilmirəm. Bir də görürsən, cəmi bir nəfərlə alver bəs eləyir. Bura ancaq varlı adamlar gəlir, ona görə də bahadı. Çünki onlar “zəif” mal istəmirlər. Qiyməti isə adama baxıb təyin eləyirəm. Baxıram görürəm ki, imkanı daha yaxşıdı, mən də istədiyim qiyməti deyirəm”.
“Nəsimi” bazarında başqa yerlədə rast gələ bilməyəcəyimiz xeyli məsul var. Düzdü, od qiymətinə, amma heyva və narı ancaq burda tapmaq olar. Burdakı üzümün qiyməti isə 8 manatadək yüksəlir.
Azərbaycan ailəsinin gəlirinin yarıdan çoxu gündəlik tələbat mallarına sərf olunur. Bir həftəlik azuqə üçün 5 nəfərlik ailənin səbətini “3-cü mikrorayon bazarı” qiymətləri ilə dolduraq: 2 kq kartof (1,5 man), 1 kq soğan (60 qəp), 1 kq paxla (2 man), 1 kq pomidor(1,5 man), 1 kq xiyar (1 man), 4 dəstə göyərti (1 man), 1 kq üzüm (1,5 man), 1 kq alma (1,5 man), 1 kq fındıq (2 man), 2 kq mal əti (11 man), 1 ədəd toyuq (4 man), 20 ədəd yumurta (3 man)... Cəmi elədi 30 manat.
Bu, yalnız “kolxoz bazarı” səbətidir. Evdən çıxanda yaxşı-yaxşı fikirləşmək lazımdır...
Bakı bazarlarında ərzağı aşağıdakı qiymətlərlə ala bilərsiniz (“3-cü mokrorayon” və “Nəsimi” bazarı)
Tərəvəzlər
Kartof (yerli) - 70 qəp-1 man
Kartof (Türkiyə-İran) - 60-80 qəp
Soğan - 60-80 qəp
Yerkökü - 1 - 1,2 man
Kələm - 60 qəp
Çuğundur - 80 qəp
Pomidor (rayon) - 1 -1,5 man
Pamidor (Bakı) - 2 man
Göy pomidor - 40-50 qəp
Xiyar - 50 qəp - 1 man
Bibər - 1 – 1,2 man
Badımcan - 30 - 50 qəp
Sarımsaq - 4 man, 25 qəp (dənəsi)
Paxla - 2 man
Göyərti (keşniş, şüyüt, göy soğan) - 25 qəp
Cəfəri - 30-35 qəp
Kahı - 40 qəp
Qarğıdalı (1 ədəd) - 50-60 qəp
Meyvələr:
Alma (yerli) - 1 - 2 man
Alma (xarici) - 2-3 man
Armud (xarici) - 2,5 – 4 man
Nar - 7-8 man
Üzüm (yerli) - 1,5 – 3 man
Gavalı - 1,5 – 3 man
Zoğal - 1,5 -2 man
Əncir - 3-4 man
Şaftalı - 3 man
Mandarin - 3 man
Banan - 2 – 2,5 man
Ananas - 4 - 5 man
Kivi (1 ədəd) - 50 qəp
Çiyələk (2,5 kq) - 10 man
Moruq (2,5 kq) - 8 man
Böyürtkən (2,5 kq) - 8 man
Qoz - 3-4 man
Qoz ləpəsi - 7-8 man
Fındıq - 2 man
Fındıq ləpəsi - 4-5 man
Şabalıd - 7-8 man
Ət məhsulları:
Ət (quzu) - 7 man 50 qəp
Ət (qoyun) - 6 man 50 qəp
Ət (mal) - 5 man 50 qəp
Mal ciyəri - 4 man
Kənd çolpası - 4 man
Broyler çolpası - 4 man 50 qəp
Toyuq içalatı - 3 man
Kənd yumurtası - 16 - 18 qəp
Brolyer yumurtası - 12 qəp
Nizam Rza

3496