Məcburi köçkün şəhərciyində əxlaqsızlıq yuvası? – REPORTAJ
Nəsimi rayonunda məcburi köçkünlərin yaşadığı şəhərciyin ərazisindəki qanunsuz tikililər sökülür
Bu gün səhər Bakının Nəsimi rayonunda yerləşən Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində məcburi köçkünlərə məxsus gecəqonduların və ticarət obyektlərinin söküntüsünə başlanılıb. Söküntü işlərini Ədliyyə Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin təqdimatı əsasında müvafiq dövlət qurumlarının, o cümlədən Ədliyyə Nazirliyinin əməkdaşları həyata keçirib.
Lent.az-ın məlumatına görə, gecəqondular və küçə ticarəti ilə məşğul olan məcburi köçkünlərə məxsus obyektlərin sökülməsi barədə qərar bir neçə gün əvvəl Ədliyyə Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən çıxarılıb. Qərarın icrasına dair xəbərdarlıq qanunsuz obyektlərin sahiblərinə ötən həftə təqdim olunub. Bir gün sonra ərazidə söküntü işlərinə başlansa da, “mülk” sahibləri buna imkan verməyib. Bu gün isə əraziyə əlavə qüvvələr cəlb olunub və məcburi köçkünlərin yaşadığı tələbə şəhərciyindəki gecəqondular tamamilə sökülüb.
Gecəqonduda əxlaqsızlıq yuvası
Hadisə yerində olarkən öyrəndik ki, hündür mərtəbəli binaların arasındakı gecəqonduların sökülməsinə səbəb həmin obyektlərin əxlaqsızlıq yuvasına çevrilməsidir. Belə ki, binalarda yaşayan bir neçə məcburi köçkün Ədliyyə Nazirliyinə müraciət edərək, həyətdə taxtadan və dəmirdən düzəldilmiş bir və iki otaqlı gecəqondularda əxlaqsız hərəkətlər edilməsindən şikayətlənib. Hətta gecəqondulara gətirilən qadınların əxlaqsızlıqla məşğul olduqlarını sübut edən videogörüntülər də hüquq-mühafizə orqanlarına göndərilib. Məlumatlara görə, şikayət əsasında aparılan araşdırmalar deyilənləri təsdiqləyib və bundan sonra müvafiq orqanlarla birgə gecəqonduların sökülməsi barədə qərar çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin söküntü işlərinə cəlb edilməsi isə təhlükəsizlik tədbirləri əlaqələndirilir. Şəhərciyin administratorluğundan Lent.az-a bildiriblər ki, bir neçə gün əvvəl nazirliyin Yanğından Mühafizə İdarəsinin əməkdaşları da əraziyə baxış keçirib. Bir neçə saatlıq reyddən sonra bu qurumun nümayəndələri də ətrafdakı obyektlərin yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsinə mane olduğu və qanunsuz “mülk”lərin sökülməsi barədə rəy hazırlayıb. Müvafiq qurumların birgə rəyinə əsasən, ətrafda sonradan inşa edilmiş bütün tikililər söküləcək və yerində uşaq meydançası, həyətyanı istirahət parkı salınacaq.
Maraqlıdır ki, ərazidə aparılan söküntü işləri məcburi köçkünlər arasında birmənalı qarşılanmır. Onların əksəriyyəti həmin obyektlərin bir neçəsində əxlaqsızlıq yuvasına çevrildiyini təsdiqləsə də, gecəqonduların hamısının sökülməsinin əleyhinədirlər. Zəngilan rayonundan olan məcburi köçkün, 68 yaşlı Nərgiz Əliyeva deyir ki, sökülən obyektlərdən biri ona məxsusdur.
“Ailədə 6 nəfərik, bir otaqda yaşaya bilmirik. Ona görə həyətdə bir daxal tikdirdim ki, heç olmasa, oğlanlarım gedib orada yatsın. İndi oğlumun biri əsgərlikdədir, o biri isə fəhlə işləyir, səhər gedib, axşam qaranlıqda qayıdır. Amma belə şeylərə baxan yoxdur, kasıb, namuslu adamların otağını da əxlaqsızlıq eləyənlərin gözünə qatıb, dağıtdılar” - deyə, Nərgiz Əliyeva bildirib.
Sabir adlı yaşlı kişi də Nərgiz Əliyevanın dediklərini təsdiqləyir. Onun sözlərinə görə, qanunsuz obyektlərin bir qismində əxlaqsız hərəkətlər edildiyindən ərazidə yaşayanların xəbəri olmayıb. Çünki ərazidəki 30-a yaxın belə tikililərin əksəriyyəti dükan, çayxana, bərbərxana kimi fəaliyyət göstərib. Üstəlik, həmin obyektlərin bir neçəsində yaşayış məqsədləri üçün istifadə edilirdi. Hətta bu obyektlərin bir neçəsində kirayə yaşayan da varmış: “Amma bir neçə pozğun adamlar onlarla kasıbın yaşayışına, çörəyinə bais oldu. Onlara görə kirayə yaşayanların otağını, 5-10 manat çörəkpulu qazanan kasıb-kusubun mağazasını, çayxanasını sökdülər”.
Nisyə dəftəri
Tikinti materiallarının ətrafa səpələndiyi meydançada sökülməmiş, dəmirdən hazırlanmış ticarət köşkündən çıxan başqa bir qadın isə əsəbi halda iti addımlarla ətrafda toplaşanlara yaxınlaşır. Deyinə-deyinə əlindəki dəftəri başının üzərinə qaldıraraq yelləyir: “Baxın, bu, pensiyaçıların nisyə dəftəridir, gəlib nisyə mal alırlar, pulunu pensiyanı alanda verirlər. Bu camaat belə şeylərlə dolanır, başqa iş yerimiz, gəlirimiz yoxdur, indi də gəlib mağazalarımızı sökürlər”.
Xatırladaq ki, məcburi köçkünlərin yaşadığı 5 hündür mərtəbəli binaların arasındakı mağaza və digər ictimai-iaşə obyektlərinin bir hissəsi hələ sökülməyib. Daha doğrusu, sakinlər həmin obyektlərin sökülməsinə iman verməyib. Həmin mağazaların bu gün Fövqəladə Hallar Nazirliyinin əsgərləri tərəfindən söküləcəyi deyilirdi. Ancaq hava şəraitinin qəfil dəyişməsi üzündən söküntü işləri müvəqqəti olaraq, təxirə salıb.
Elxan SALAHOV

1479