Torpaq satan bələdiyyələr əvvəlcə çıxarış almalıdır
20 fevral 2009 11:30 (UTC +04:00)

Torpaq satan bələdiyyələr əvvəlcə çıxarış almalıdır

Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətindən çıxarış alınmadıqda bələdiyyə torpaqları hərraca çıxarıla bilməz

Bələdiyyə qurumları hərraca çıxarmaq, yaxud da fərdi ev tikintisi üçün hərracdan kənar vətəndaşlara torpaq satmaq üçün əvvəlcə Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin yerli orqanlarına müraciət etməlidir.

Lent.az-ın məlumatına görə, bu barədə Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşov jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, bələdiyyələr satışa çıxarmaq istədiyi torpağın ona məxsus olduğunu təsdiq edən çıxarış almalıdır. Bu sənəd həm kadastr xəritəsindən, həm də dövlət reyestrindən çıxarışlardan ibarət olacaq. Bundan sonra torpağın hüquqi sahibi olan bələdiyyəyə məhdudiyyət arayışı veriləcək. Həmin sənəddə torpaq üzərində hansısa məhdudiyyətin olub-olmadığı əks olunacaq. Bu sənədləri aldıqdan sonra bələdiyyələr torpağı satmaq üçün yerli hərrac komissiyasına müraciət etməlidir.

Arif Qaraşov bildirib ki, torpaqların satışı üzrə hərracın qalibi olan fiziki və hüquqi şəxslər nəticə barədə hərrac komissiyasından aldığı şəhadətnamə əsasında satıcı, yəni bələdiyyə ilə notariat qaydasında müqavilə bağlamalıdır.

Onun sözlərinə görə, bu halda hərrac yolu ilə əldə olunmuş torpaqların Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətində qeydiyyata alınmasında hansısa problem olmayacaq. Həmçinin bu prosedur qaydalardan keçən torpaq mülkiyyətçiləri sonradan həmin sahələri başqalarına da sata bilər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2407

Oxşar yazılar

Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37