Avropa sosial şəbəkələr üçün yaş məhdudiyyəti  tətbiq etmək istəyir
25 oktyabr 2025 04:49 (UTC +04:00)

Avropa sosial şəbəkələr üçün yaş məhdudiyyəti tətbiq etmək istəyir

0

Avropa İttifaqına üzv ölkələr sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyətinin tətbiqini müzakirə edir.

Lent.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən sammitdə qəbul edilmiş bəyanatda bildirilib.

Məlumata görə, yetkinlik yaşına çatmayanların rəqəmsal mühitdə qorunması məqsədilə yaş məhdudiyyətinin tətbiqinin hər bir üzv dövlətin milli səlahiyyətlərinə hörmət əsasında həyata keçirilməsi vurğulandığından bu məsələnin müəyyən qədər vaxt aparacağı gözlənilir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen xüsusi ekspert qrupunun bu məsələnin ən düzgün tənzimlənmə forması barədə ilin sonuna qədər tövsiyələr hazırlayacağını bildirib. O bu məsələdə dünyada ilk dəfə ötən ilin noyabrında 16 yaşdan aşağı yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəyə qadağa qoyan Avstraliyanın təcrübəsini nümunə göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar