“SABA”-nın da dondurmaları zay çıxdı
“Maksima”, “XXI əsr”, “Prestige”, “Saturn”, “Merkuriy” , “Domino”, “Lunnie nochi” adlı 6,6 ton keyfiyyətsiz dondurma məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan “Eskimo”, “Maksima”, “XXI əsr”, “Prestige”, “Saturn”, “Merkuriy” , “Domino”, “Lunnie nochi” adlı 6,6 ton dondurmanın məhv edilməsi barədə “SABA şirkəti” MMC-yə icrası məcburi göstəriş verilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 6,6 ton dondurma, eyni zamanda üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 256 kq, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsulların qablaşdırılmasında istifadə edilən 854 kq bükmə materialı qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib.
Dövlət Xidməti tərəfindən “SABA şirkəti” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalar davam etdirilir.

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46