Əfsanə qardaşların bitməyən tale hekayəsi
Metropolitenin baş mühəndisi: “Babam Sultan bəyin adından istifadə edənlər var”
Elbrus Muradov babası Sultan bəy və Xosrov bəyi yarım əsr axtarıb. Qarabağda, Zəngəzurda Sultan bəyin, Xosrov bəyin adını eşitməyən, onları tanımayan demək olar ki yoxdur. Adları ilə hələ də ermənilərin yuxusunu ərşə çəkən, onların əbədi qorxusuna çevrilən bu iki qardaş sovet repressiyaları ərəfəsində Azərbaycanı tərk edib. Bu günədək nə Sultan bəyin, nə də Xosrov bəyin 1920-ci ildən sonrakı həyatı tədqiq olunmayıb. Uzun illər harada yaşadıqları belə bəlli olmayan bu qardaşlardan yalnız Sultan bəyin məzarını nəvələri 2006-cı ildə tapa bilib. Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun isə sovet işğalından sonra uzun illər xaricdə mühacir həyatı yaşamasına baxmayaraq, sonrakı taleyi barədə yaxınlarına heç nə məlum deyil.
Sultan bəyin nəvəsi, Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov Lent.az-ın əməkdaşı ilə söhbətində xalq qəhrəmanının övladlarının üzləşdiyi repressiyalardan, bəyin ailəsinin yarım əsrdən çox bir dövrdə, hələ də davam edən axtarışlarından danışıb.
- Sovet hakimiyyəti qurulandan sonra sizin – yəni Sultan bəyin ailəsinin taleyi necə oldu?
- Babam Sultan Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir müddət sovet qoşunlarına müqavimət göstərib. Lakin 1924-cü ildə məcburiyyət qarşısında qalaraq, Azərbaycanı tərk edib. Bundan sonra onun ailəsi Laçından köçərək, 1937-ci ilə qədər Bakıda yaşayır. 1937-ci ilin noyabr ayının 20-də nənəm Dilruba bəyimi, atam Ənvəri, əmilərim Çingizi, Yusifkamalı və bibim Bəyimi körpə uşağı ilə birgə cənubi Qazaxıstana sürgün etdilər. Bizimlə birlikdə ora Azərbaycandan 100 ailə sürgün olunmuşdu. Onların arasında Məmməd Əmin Rəsulzadənin oğlu Azər də vardı. Qeyd edim ki, atam sürgündən əvvəl Sabunçudakı 30 nömrəli məktəbdə rus dili müəllimi, əmim Çingiz məktəbdə direktor müavini, Dilruba nənəm isə Əli Bayramov adına tikiş fabrikində işləyib. Mən isə 1939-cu ildə valideynlərim sürgündə ikən Qazaxıstanda anadan olmuşam. Bizimlə birgə sürgün olunanlar əsasən bəy-mülkədar ailələri idi. Qazaxıstanda olduğumuz dövrdə atam və əmim müəllim işlədi, pis yaşamırdıq. Azərbaycana isə 1955-ci ildə bəraət alaraq qayıtdıq. Dilruba nənəm savadlı adam idi. Şuşada Realnı gimnaziyanı qurtarmışdı. Özü də rus və fransız dillərini yaxşı bilirdi. Nənəm Mərkəzi Komitəyə və digər yerlərə ərizə yazaraq, 1954-cü ildə bəraət aldı. Mənim ana tərəfim də sürgündə olduğundan biz nənəmgildən bir il sonra bəraət ala bildik. Azərbaycana qayıdandan sonra çox əziyyətlə, zülmlə, nənəmin qohumlarının köməyi ilə atam işə düzəldi, ev aldıq.
Yeri gəlmişkən, babamın Aftab adlı bir bacısı, Rüstəm bəy, Xosrov bəy və İsgəndər bəy adlı qardaşları olub. Nənəm danışırdı ki, Sovet işğalından sonra qırmızı əsgərlər evimizi mühasirəyə alıb, babam evdən qaçaq düşüb. Hətta bir dəfə ona sui-qəsd edilib. Sultan bəy yaralansa da sağ qalıb. Bundan sonra dəstəsi ilə İrana keçib. Məlumatlara görə, İranda o vaxt babamla bir yerdə olan İsgəndər əmimi ermənilər öldürüb. Bundan sonra babam dəstəsi ilə Türkiyəyə gedib.
- Sürgündən əvvəl və sonrakı dövrdə babanızın və Xosrov bəyin harada olması barədə məlumatınız var idimi?
- Azərbaycana gələndən babam və əmimi soraqlamağa başladıq. Qulağımız səsdə idi ki, onların yaşayıb-yaşamaması barədə kimsə nə isə xəbər gətirəcək. Təxminən 60-cı illər idi. Bir gün xəbər gəldi ki, atamın əmisi, Qarabağın keçmiş general-qubernatoru Xosrov bəy Bakıya gəlib. Köhnə “İnturist”dədir. Atamla qaçaraq “İnturist”ə getdik. Məlumat doğu deyilmiş. Kor-peşiman geri qayıtdıq. Amma soraqlaşır, onları arayırdıq. 80-ci illərdə belə söhbət yayıldı ki, babam Sultan bəy guya Trabzondadır. Hətta onun adı ilə orada Sultanbəy adlı məhəllə də var. Sonradan apardığımız dəqiqləşdirmələr zamanı öyrəndik ki, Sultan bəy heç Trabzonda da yaşamayıb.
- Bəs Sultan bəyin məzarını necə tapdınız?
- 2004-cü ildə Laçınlı, bizim uzaq qohumlarımızdan sayılan bir jurnalist Ankaraya getmişdi. Təsadüf nəticəsində orada Adil Laçın adlı bir nəfərlə görüşür. Həmin adam söhbət əsnasında deyib ki, əsli Laçındandır, Qarsın Koçköy kəndində yaşayırlar. Söhbət zamanı deyir ki, həmin kənddə Laçından gəlmiş Sultan bəy adlı bir nəfər yaşayıb. Jurnalist Azərbaycana qayıdanda Adil Laçının telefon nömrəsini mənə verdi. Onunla zəngləşdim. Metropolitenin rəisi Tağı Əhmədovun köməkliyi ilə 2006-cı ilin may ayında Ankaraya getdim. Adillə görüşüb, Qarsa getdik. Koçköy kəndi Qarsdan təxminən 60-70 km Ermənistanla sərhədə tərəfdir. Kəndə çatanda axşamçağı saat 6 idi. Öncə qəbiristanlığa getdik. Mənə adi, bizim məzarlardan tamamilə fərqli, üzərində heç bir işarəsi və ya üstündə şəkli olmayan bir məzar göstərdilər. Adil Laçın dedi ki, bu məzar baban Sultan bəyindir. Açığını söyləyim ki, öncə bir az narahat oldum. Belə bir şey gözləmirdim. Amma səhəri gün məscidə gedib, molla çağırdıq. Kənddə yaşayan yaşlılardan xeyli adam gəldi. Qurani-Kərim oxundu. Yaşlılar da qəbrin Sultan bəyin olduğunu təsdiqlədilər. Hətta özümlə apardığım babamın şəkilin göstərəndə “yüz faiz odur” dedilər. Qarsa gedərkən atamın və nənəmin məzarından torpaq aparmışdım. O torpaqları babamın qəbrinin üzərinə səpdim. Sultan bəyin qəbrindən götürdüyüm torpağı isə Azərbaycana gətirib, nənəmin və atamın qəbrinə tökdüm. Heç olmasa, torpaqları qovuşsun deyə.
Yeri gəlmişkən, Koçköydə maraqlı bir təsadüflə qarşılaşdım. İnanmazsınız. Gördüm bir adam var, mənə oxşayır. Özü də elə bil ekiz qardaşıq. Həmin şəxs mənə babasının adını dedi. Geri qayıdandan sonra arxiv materiallarından əldə etdim ki, onun babası babam Sultan bəyin əmisi uşağı olub. Bir şeyi də öyrəndim ki, o kənddə yaşayanlar Laçından gəlmələrdir və hamısı bu gün Laçın soyadını daşıyır.
- Sultan bəy Qarsda yaşayarkən nə işlə məşğul olub? Bəyin Türkiyədəki fəaliyyəti ilə bağlı məlumat əldə edə bildinizmi?
- Babam Türkiyəyə yaxşı var-dövlətlə gedibmiş. Öyrəndiyimə görə, orada yaşayarkən bütün camaata, Laçından köçmüş qohum-əqrəbasına kömək göstərib. Onun hesabına kəndin sakinləri yaxşı yaşayıb. Hamı Sultan bəyin hörmətini saxlayıb, özünə böyük qardaş sayıb, “abi” deyib. Koçköy kəndində Sultan bəyin yaşadığı evi də mənə göstərdilər. Öyrəndiyim bir də odur ki, Qarsda yenidən evlənən Sultan bəyin bir oğlu olub. O da 11 yaşında Arpaçayında bataraq, dünyasını dəyişib.
- Bəzi şəxslər Sultan bəyin nəslindən olduqlarını, hətta onun nəvəsi və nəticəsi olduqlarını iddia edirlər. Səhv etmirəmsə, Liberal Partiyasının sədr müavini Əvəz Temirxan da belə bir fikir səsləndirmişdi.
- Biz indiyədək babamızın adından istifadə etməmişik. Amma onun adı ilə fəxr eləmişik. Çox insanlar var ki, bu kişinin adından istifadə etmək istəyirlər. Siz də bunu eşitmisiniz, mən də. Özünü Sultan bəyin nəvəsi, nəticəsi kimi qələmə verənlər var. Yenə deyirəm, Sultan bəyin Dilruba bəyimdən Çingiz, Ənvər, Yusifkamal adlı oğlanları və Bəyim adında qızı olub. Onlardan başqa bəyin heç kimi olmayıb. Mən bütün əmim uşaqları və bibim uşaqlarını tanıyıram. Orasını da deyim ki, Sultan bəyin əmisi uşaqları olub. Danışanların həmin şəxslərin nəslindən olub-olmadığını deyə bilmələrəm. O ki qaldı Əvəz Temirxana, onun bizə heç bir qohumluğu yoxdur. Babamın adından istifadə edənlərin əksəriyyəti Laçınlıdır. Babam Sultan bəyin evində, təsərrüfatında işləyən şəxslərin uşaqlarının da onun adından istifadə etməsi mümkündür.
- Azərbaycanın müstəqillik aktına imza atanlardan, ilk hərbi nazir və Qarabağın general-qubernatoru Xosrov bəyin sonrakı taleyi haqqında hansı məlumatlarınız var?
- Xosrov bəy Nəriman Nərimanovla birgə Odessada tibb təhsili alıb. O da qardaşı Sultan bəy kimi vuran-tutan adam olub. Odessada dueldə güllə onun bir gözünü zədələyibmiş. Əhvalat belə olub: Danışırlar ki, küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov əmim qızı müdafiə edir. Bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy o zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da uşaq yaşlarında dünyasını dəyişib. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xosrov bəy ilk hərbi nazir, daha sonra Qarabağın qubernatoru olub. Qubernatorluq dövründə Qarabağda ermənilərin separatçı hərəkətlərinə son qoyub. Əsgəran üsyanını yatırıb, ermənilərlə azərbaycanlılar arasında ünsiyyəti bərpa edib. Bununla bərabər, ixtisasca həkim olan Xosrov bəy həftənin şənbə-bazar günlərində əhaliyə özü şəxsən pulsuz tibbi yardım göstərib, onların qayğısına qalıb. Sovet işğalından sonra Türkiyəyə gedib. Belə məlumatlar var ki, Fransada da yaşayıb, orada klinikası olub. İkinci Dünya Müharibəsi dövründə Məmməd Əmin Rəsulzadə və Əbdürrəhman Fətəlibəyli-Düdənginski ilə birgə Almaniyada azərbaycanlıları əsirlikdən qurtarıb. Yaralı soydaşlarımızı müalicə edib. Amma Xosrov əmimin sonrakı həyatı ilə bağlı heç bir məlumatımız yoxdur. Onun qəbrinin də harada olduğunu bilmirik. Babamın başqa bir qardaşı Rüstəm bəy isə Almaniyada oxuyub, mühəndis olub. Bir müddət Azneftdə baş münədis işləyib. Almaniyada təhsil aldığı üçün o, repressiyaların qurbanı olub.
- Başda Andronik olmaqla erməni silahlı birləşmələrinin Qarabağa yolunu bağlayan, xalqı kütləvi qırğından xilas edən Sultan bəyin bu günədək tədqiq olunmaması nədən irəli gəlir?
- Hesab edirəm ki, Sultan bəyin öz xalqı uğrunda göstərdiyi səylər bir vaxtlar tədqiq olunacaq. Artıq bu istiqamətdə işlərə başlamışıq. İstəyimiz də odur ki, xalqımız, xüsusilə də gənc nəsil Sultan bəyin hansı qəhrəmanlıqlarının olduğunu bilsin. Qocalarımız danışırdılar ki, babamın hərəkətlərindən çar üsul-idarəsi çox narazı olub. Laçın dağlarına çəkilən Sultan bəy demək olar ayrıca dövlət qurubmuş. Gəncliyində Sankt-Peterburqda hərbi məktəbdə oxumağa göndərilsə də babam iki il oxuduqdan sonra geri qayıdıb. Deyilənə görə, hərbi məktəbi yarımçıq qoyması onun xarakterində tabeçiliyi qəbul etməməsindən irəli gəlib. Laçında Sultan bəyin ağac emalı fabriki, yağ-pendir zavodu, silah zavodu olub. İlk dəfə Azərbaycana xaricdən şviss inəkləri gətirərək fermalar yaradıb. Özünün silahlı dəstəsi, yəni əsgərləri, hətta pulemyotçuları belə olub. Rusların erməniləri dəstəkləməsi, ermənilərin özbaşınalıqları ilə barışmayan Sultan bəyi ruslar qəbul etməyib. Hətta atası Paşa bəy də oğlunun hərəkətlərindən narazı olub. Sultan bəydən çar məmurlarına çoxlu şikayətlər olurmuş. Xüsusilə də ermənilər tərəfindən. Azərbaycan müstəqillik əldə edəndən sonra babam demək olar ki Qarabağın qərb sərhədlərini – Ermənistanla sərhədi mühafizə edib. Sənədlər də babamın o vaxt Andronikə qarşı dayanan yeganə qüvvə olduğunu göstərir. Zabux dərəsində Andronikin 30 minlik qoşununu məğlub edərək, Qarabağdan uzaqlaşdırıb. Əgər o zaman Sultan bəy Andronikə qarşı dayanmasaydı Şuşanı, 1919-cu ildə itirəcəkdik. Deyilənə görə, Andronik Şuşada yaşayan erməniləri ələ almışdı. O, qoşunu ilə Şuşanın yaxınlığında dayandıqda ermənilər gecə Şuşa qalasının qapılarını açıb onu şəhərə buraxacaqmış.
- Övladlarından, nəvələrindən, nəticələrindən Sultan bəyə bənzəyəni varmı?
- Açığını deyim ki, biz nə fiziki quruluşumuz, nə də xarakterimizə görə babamıza oxşamamışıq. Övladlarımız və nəvələrimizdən də ona bənzəyəni yoxdur. Yalnız görünüşünə görə ona qızı Bəyim daha çox oxşayıb. Mənim də sifət quruluşumda bir az oxşarlıq var. Babam xaraktercə çox ciddi, hökmran, zəhmli bir insan olub. Biz isə daha çox zəhmətə üstünlük vermişik. Digər tərəfdən, indi zəmanə də başqadır. Mən bu gün baş müəndisəm. Bu vəzifəyə adi bir elektriklikdən başlayaraq, zəhmətlə gəlib çıxmışam. Babam isə vurub-tutan adam olub. Hesab edirəm ki babamda olan vətənpərvərlik hissləri bu gün bizə çox lazımdır.
- Babanızın Laçındakı mülkü sovet dönəmində necə olub?
- Mən Azərbaycana qayıdandan sonra Laçına getdim və baba mülklərimizdə oldum. Son illərdə isə televiziyada bir kadr gördüm. Ermənilər bizim yay otağı adlanan evimizii dağıdırdılar. Bizim qış evimizdə SSRİ dönəmində məktəb yerləşib. Bütün binalarımız istifadə edilib.
- Türkiyədə Sultan bəylə bağlı tədqiqatları davam etdirmək niyyətindəsinizmi?
- İnşallah, bu yay Qarsa gedəcəm. Bir neçə həftəlik səfər çərçivəsində orada araşdırmalar aparacağam. Həmçinin babamın baş daşının üzərinə bir işarə qoymağı, bir- iki kəlmə söz yazdırmağı planlaşdırıram. Həyatdır, mən bu gün varam, sabah yoxam. Hələ ki, bu yolu tanıyan da mənəm. Tədqiqatlarımı, arxiv kağızlarını və şəkilləri ya nəvələrimə, ya da bacım uşaqlarıma verəcəm ki, araşdırmalarını davam etdirsinlər, soyumuzu unutmasınlar.
Rəşad Süleymanov
[email protected]

667