MDB məkanında ilk dəfə Azərbaycanda
Pensiya təyinatının avtomatlaşdırılmasına bu il reallaşa bilər
Pensiya təyinatının avtomatlaşdırılmasına MDB məkanında ilk dəfə olaraq, bu il Azərbaycanda nail olunması gözlənilir. “Əmək pensiyaları haqqında” Qanuna edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin 01 yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verir. Bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq.
Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, hazırda fond sistemində görülən işləri 3 əsas istiqamət üzrə qruplaşdırmaq olar: “Məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılmasına fərdi uçotun tətbiqi nəticəsində nail olunmaqdadır. Bu sistemə keçid sığortaolunanlar üçün ödənilən sosial sığorta haqlarının fərdi uçotunun qurularaq, vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsaslanmaqla aparılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olur, beləliklə, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənir”.
Səlim Müslümov bildirib ki, bu istiqamətdə fondda 2003-cü ildən başlanmış layihənin məqsədi, informasiya kommunikasiya texnologiyaları əsasında yeni idarəetmə sisteminin yaradılması vasitəsilə ölkənin sığorta-pensiya sisteminin müasirləşdirilməsi və sosial sığorta haqlarının fərdi uçot prinsipləri əsasında toplanmasının təmin edilməsindən ibarətdir. Bu məqsədlə fondun rayon şöbələrində “incə müştəri” sistemi və “1 işçiyə 1 kompüter” prinsipi əsasında beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilib.
DSMF sədri əlavə edib ki, hazırda 2006-2008-ci illər üçün ayrı-ayrı sığortaolunanlar üzrə ödənilmiş sosial sığorta haqları barədə bəyannamələrin qəbulu sürətlə davam etdirilir. Ayrı-ayrı fəaliyyət sahələrinə aid 15000-dən çox müəssisədə çalışanlar üzrə artıq bu işlər yekunlaşdırılıb. Onun sözlərinə görə, bütün sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların qısa zamanda fərdi şəxsi hesablarda əks etdirilərək sığortaolunanlara çatdırılması mühüm vəzifə kimi qarşıda durur: “Pensiya və müavinət təyinatının avtomatlaşdırılması yeni qurulan sığorta-pensiya sisteminin əsas elementidir. Bu sistemdə pensiya məbləğlərinin təyini və artırılması mexanizmləri tamamilə sadələşdirilir və hər bir şəxsə pensiyasının və pensiyasına artımların məbləğini özünün hesablayaraq dəqiqləşdirməsinə imkan verilir. Nəticədə, maliyyə vəsaitlərindən istifadədə ilkin şərt olan pensiya və müavinət məbləğlərinin təyinində artıq və əskik hesablama halları tamamilə aradan qaldırılır, pensiya məbləğlərinin təyini və artırılması qaydalarının kifayət qədər sadələşdirilməsi, fərdi hesablarda toplanan pensiya kapitalları barədə sığortaolunanların dövri olaraq məlumatlandırılması bu sahədə ictimai nəzarətə şərait yaradır. Pensiya məbləğlərinin müəyyənləşdirilməsinin hər bir şəxs üzrə toplanan pensiya kapitallarına əsasən mərkəzləşmiş proqram əsasında avtomatlaşdırılmış qaydada aparılması insan amilinin təsirini və subyektiv halların yaranma səbəblərini əsaslı şəkildə aradan qaldırır”.
Səlim Müslümov deyib ki, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması da uğurla davam etdirilən tədbirlər sırasındadır. Bu məsələnin həlli üçün artıq kifayət qədər iş görülmüş, proqram təminatı hazırlanmışdır. Hazırda sistemin pilot ərazilərdə tətbiqi aparılır. Onun fikrincə, Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir: “Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, hələ 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir”.
Xatırladaq ki, martın əvvəllərində Varşavada keçirilən Avropanın Birinci Regional Sosial Təminat Forumunda Beynəlxalq Sosial Təminat Assosiasiyasının elan etdiyi “Avropanın uğurlu təcrübəsi” müsabiqəsi qaliblərinə müvafiq Fəxri Fərmanların rəsmi təqdim edilməsi mərasimi də keçirilib. DSMF həmin müsabiqədə “İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə” nominasiyası üzrə Avropa qalibi elan edilərək, Assosiasiyanın xüsusi Fəxri Fərmanı ilə təltif olunub.
Elxan SALAHOV

487