Məleykə Abbaszadə: “...Çox nahaq siyasi arqumentlərə keçirlər”
TQDK sədri çətin sualların imtahan testlərinə salınmasına dair söylənilənlərə bir daha aydınlıq gətirdi
“Bəzilərinin test suallarının Çətinlik dərəcəsinin həddindən artıq yüksək olduğunu söyləyənlərin fikirlərini elmi arqument hesab etmirəm. Gəlin bu məsələlərdən elmi arqumentlərlə danışaq. Biz imtahan nəticələrini elan edəndə bizim rəqəmləri əks etdirən heç bir fakt ortalığa qoyulmamışdı”.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında ötənilki qəbul imtahanlarında test suallarının çətin olması barədə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O qeyd edib ki, ötənilki imtahanların nəticələri pedaqoji ictimaiyyətin iştirakı ilə bütün regionlarda müzakirə olunub.
“Bakıda keçirilən müzakirələrdə təhsil naziri də iştirak edirdi. Amma çətinlik dərəcəsi yüksək olan suallarla bağlı yazılar “Azərbaycan” qəzetində mənə sonradan təqdim olundu. Halbuki bizim təqdim etdiyimiz rəqəmlər real rəqəmlərdir. Yazının müəllifi bura riyaziyyat seminarına dəvət olunmuşdu və seminarda onunla mütəxəssislər danışmışdı. Amma yazı yazan adam bir, dərc etdirən adam isə ayrıdır, başqa məqsədlərlə düzgün ifadələr istifadə etməyib. Mən istəmirəm ki, heç kimə nəsə bir irad tutum. Lakin elmi-pedaqoji məsələləri siyasətləşdirmək lazım deyil” - deyə, TQDK sədri əlavə edib.
Məleykə Abbaszadə vurğulayıb ki, elmi nöqteyi-nəzərdən bütün testlər əvvəlcədən çətinlik dərəcəsinə görə elan edilir. Onun sözlərinə görə, çətinlik dərəcəsinə görə bütün suallar proqram çərçivəsində hazırlanır və əvvəlcədən qoyulan tələblərə cam cavab verir: “Biz bu cür test nümunələrini imtahandan çox-çox əvvəl ictimaiyyətə təqdim edirik. Əgər doğrudan da suallar bu dərəcədə çətin idisə, bunu iddia edən pedaqoqlar bizə müraciət edərdilər. Lakin bu, olmadı. Üstəlik elmi arqumentləri bizə imtahandan sonra qarşı olan çıxışlarda da mən görmədim. Siyasi arqumentlər var, amma çox nahaq siyasi arqumentlərə keçirlər”.
Məleykə Abbaszadə əlavə edib ki, ötən ilki imtahanlarda çətin sualları 1000-dən artıq abituriyent düzgün cavablandırmaqla yüksək bal toplayıb: “Əgər belə sualları eyni ixtisaslı müəllim düzgün cavablandıra bilmirsə, bu, bizim yox, bütövlükdə pedaqoji problemdir. Bu problemin aradan qaldırılması üçün isə çox ciddi tədqiqatlar aparılmalı, əlavə tədbirlər görülməlidir”.
Elxan SALAHOV

443