Atası naməlum olan 15 yaşlı aktyorumuz – HƏYAT HEKAYƏTİ
Sağ əlini yana əymiş başına dayayıb ona baxır, baxa-baxa da ağlayırdı...
“Dövlətin uşaqları” silsiləsindən
- ...Sənin adın nədir?
- Maykl...
- Soyadın?
- Həsənov.
- Bu adı sənə kim qoyub?
- Anam.
- Özünü hansı millətdən nümayəndəsi sayırsan?
- Mən azərbaycanlıyam...
...Qarşımda oturmuş uşaq evinin 15 yaşlı, bir qədər sarıyanız olan bu sakininin adı kimi zahiri də bizimkilərə, yəni azərbaycanlılara bənzəmir. Ancaq özünü azərbaycanlı sayır. Soyad anasına məxsusdu. Maykl adını da ona elə anası verib. Qəhrəmanımız Latviyada – paytaxt Riqa şəhərində anadan olub. Düzdür, hazırda onu çoxları tanımır, yəqin çəkildiyi filmin ekranlara çıxmasından sonra məşhurlaşacaq. Çünki qəhrəmanımız filmdə baş rolu oynayıb. Adını demədiyimiz həmin film isə yəqin yaxın vaxtlarda ekranlara çıxar...
Modelyerlikdən dilənçiliyə
Anası Leyli barədə əlimdə çox az məlumat var. Yaşını da təxmini bilirəm: 38-40. Ancaq onu bilirəm ki, vaxtilə modelyer olub. Bir müddət Riqa şəhərində yaşayıb. Orada cazibədar italyan bir kişiylə tanış olub. Onlar rəsmi nikaha girməsələr də, bir müddət birgə yaşayıblar. Məhəbbətindən bugünkü qəhrəmanımız – Maykl dünyaya gəlib. 5 il sonra qardaşı Jark anadan olub. Sonra isə Leyli xəstələnir. Daha dəqiqi, xəstəliyi şiddətlənir. Və anayla balalarının faciəsi başlayır...
Artıq italyan kişi də gözə dəymirdi. Psixi xəstəlikdən əziyyət çəkən qadın uşaqlarını da götürüb Bakıya dönür. Həmin vaxt Mayklın 8, Jarkın isə 3 yaşı var idi. Qadın bir müddət Bakıdakı dəmiryol vağzalında uşaqlarıyla birgə səfil kimi yaşayır.
Uşaq evinə
Sonra isə Mayklı “Ümid yeri” adlı Uşaq Sığınacağı və Reabilitasiya Mərkəzinə, Jarkı isə başqa bir uşaq evinə verir. Özü isə dilənməyə başlayır. Leyli indinin özündə də Bakıda bomj kim yaşayır: dilənir, parklarda yatır...
Maykl qısa bir müddət “Ümid yeri”ndə qaldıqdan sonra – 2003-cü ildə Yasamal rayon İcra Hakimiyyətinin sərəncamıyla “N” saylı uşaq evinə göndərilir. O vaxtdan həmin uşaq evinin sakinidir. Keçən il isə uşaq evi rəhbərliyi onun qardaşı Jarkı da bura gətirdib. Bunu əvvəlcə Mayklı arabir görməyə gələn Leyli rəhbərlikdən xahiş edib. İstəyib ki, qardaşlar bir yerdə olsun. Mayklın fikrini soruşanda isə məlum olub ki, o da qardaşının yanına gəlməyini istəyir.
2009-cu ilin oktyabrında 9 yaşlı Jark da həmin uşaq evinə gətirilib. Qardaşıyla görüş Mayklın yadından heç vaxt çıxmayacaq. Jark gələn vaxt o məktəbdəymiş. Uşaq evinin işçisi M. xanım Mayklın arxasınca adam göndərərək onu çağırtdırır. 15 və 9 yaşlı qardaşlar uşaq evinin yeməkxanasında görüşürlər.
Görüş səhnəsi
Yeməkxanada oturub gözləyən Jark qarşısına qoyulan yeməyi yeyib qurtarmışdı. O, qarşısında oturan M. xanımla söhbət edir, bundan əvvəlki uşaq evindən, oradakı dostlarından, yediyi yeməklərdən danışırdı. M. xanımın isə qulağı uşaqda, gözləri isə qapıdaydı; o, üzü qapı tərəfə oturaraq Mayklın gəlməsini; iki qardaşın necə görüşməsini maraq içində həyəcanla gözləyirdi. Axı onlar 6 il idi ki, bir-birlərini görmürdülər...
Nəhayət gəldi. M. xanım Mayklı yeməkxananın qapısı ağzında görüb dilləndi: “Gör sənə kimi göstərəcəm...”
Maykl artıq üzünü ona tərəf döndərmiş bu 9 yaşlı cılız görünüşlü, ağbəniz, elə hey gülən oğlana baxıb heç nə demədi. Qapının ağzındaca onu ağlamaq tutdu: qardaşına baxaraq hıçqırmadan sakit-sakit göz yaşı tökürdü. Sonra isə çiynindəki məktəb çantasını çıxarmadan irəli gələrək Jarkı qucaqladı: sanki ana övladını bağrına basırdı. Çox qəmli mənzərəydi... M. xanım da ağlamağa başladı...
...Jarkın gülməyi isə elə indicə kəsildi. Çünki onu qucaqlayan qardaşının bədəninin əsdiyini görürdü; hiss edirdi ki, nə isə qaydasında deyil, fərqlidi. Ona görə də gülməyini kəsdi. Jark ağlamırdı, ancaq gülmürdü də.
Nəhayət M. xanım Mayklın qollarını bərk-bərk qucaqladığı Jarkın belindən götürdü. Onların hər ikisini yemək stolunun qarşısında əyləşdirdi. Qardaşlara çay gətirdilər. Sanki ürəyi dolu olan Jark danışmağa başladı. O, bayaq M. xanıma danışdıqlarını tutuquşu kimi qardaşına bir-bir deyir, arabir gülür, ancaq dayanmırdı. Maykl isə... sağ əlini yana əymiş başına dayayıb ona baxır, baxa-baxa da ağlayırdı. O, sanki qardaşına doyunca baxmaq istəyirdi.
Həmin səhnəni bütün detallaryıla danışan M. xanım deyir ki, birdən hiss elədim ki, Maykl tərləyib. Yaxınlaşıb baxanda isə görüb ki, tər nədi, oğlan əməlli-başlı suyun içindədi. Təsəvvür edin! Mayklın gödəkcəsindən başqa əynində nə var idisə hamısı su içindəydi: şalvarı, məktəb köynəyi, onun üstündən geydiyi yun köynək. Bu, 6 ildən sonra həsrətində olduğu adama qovuşan qardaşın həyəcan tərliydi!
M. xanım Mayklı aparır, oğlan əl-üzünü yuyub yenə də gəlib Jarkın yanında əyləşir. Yenə də əlini başının arxasına qoyub qardaşına baxa-baxa ağlamağa başlayır... İlahi, insanın gözündən nə qədər yaş gələrmiş!... Maykl həmin gün axşama qədər dayanmadan ağlayır. Oğlan yalnız səhəri gün özünə gəlir...
Artıq 4 aydan bəridir ki, onlar bir yerdədir. Maykl da, qardaşı Jark da analarını çox istəyir. Anaları da arabir onlara baş çəkir. Hələ Maykl bu uşaq evinə qoyulandan Leyli gah həftədə bir dəfə gəlir, ya da aylarla görünmür, sonra peyda olur. Özü də hər dəfə uşaq evinin işçilərilə kobud danışır, hətta onları təhqir edir. Əvvəllər Maykl anasının bu hərəkətindən utanırmış. Ancaq M. xanım bir dəfə ona deyib ki, biz sənin ananın hərəkətindən incimirik, axı o xəstədi. Bir dəfə isə - onda hələ Jark bu uşaq evinə gəlməmişdi - Leyli yenə Mayklı görməyə gələrkən ürəkyaxan bir hadisə baş verir.
Yaralı quş
Həmin vaxt Maykl anasının gələcəyindən xəbərsiz halda uşaq evinin həyətində durmuşdu. O, yerə düşmüş bir quşu görüb ona yaxınlaşır: quş yaralı idi, deyəsən qanadı qırılmışdı. Oğlan quşu götürüb bir az əzizləyir, sonra isə ona necə kömək edəcəyi barədə fikirləşirdi.
- Maykl, quşu niyə incidirsən?!
Gələn anası idi. O, anasının sözündən diksinir, eşitdiklərinə inanmır. Axı o yaralı quşu incitmirdi!
- Mən quşu incitmirəm.
- İncidirdin, gördüm.
- Yox ana, mən onu incitmirdim. Axı quş yaralıdı.
- Sən yaralı quşla oynayırdın? Onu öldürmək istəyirdin?!
Leyli Mayklı döyməyə başlayır. Səs-küyə uşaq evinin işçiləri də çıxır. Məsələnin nə yerdə olduğunu öyrənirlər. Maykl da and-aman edir ki, mən quşu incitmirdim.
Bu hadisə Maykla çox pis təsir edir, günlərlə ağlayır, onu heç kim ovundura bilmir. Oğlanı anasının döyməsi ağlatmırdı. Göz yaşı tökməyə məcbur edən başqa şey idi. Axı o özünü də yaralı quşa bənzədirdi: heç bir yaralı quş, başqa bir yaralı quşu döyərmi?! Anasının ona bu hərəkəti yaraşdırması Mayklı çox ağrıdırdı...
Hədiyyədən hədiyyə
Onda sanki anadangəlmə aktyorluq istedadı var. Elə buna görə də çəkildiyi bədii filmdə baş rolu ona veriblər. Film kimsəsiz uşaqlar haqqındadır.
Oynadığı rola görə ona qonorar da verilib: 7 min manat. İndi həmin pul banklardan birində anası Bakı küçələrində dilənən Mayklın adına açılmış hesabdadır. 7 min manat ona 18 yaşına çatandan sonra veriləcək... Uşaq evində olarkən Mayklla görüşüb söhbət elədim. Dərslərini əla oxumadığını boynuna alsa da, Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq istədiyini deyirdi. Anası barədə də soruşdum.
- Maykl, anan sizə dəyməyə gələndə nəsə gətirir?
- Hə gətirir.
- Nə gətirir?
- Gətirir də... (bir qədər fikirləşir) Şirniyyat. Elə orada da yeyirik (“orada” deyəndə “Görüş otağı”nı nəzərdə tutur)
- Bəs sən necə, anana hədiyyə verirsənmi?
- ...Bir dəfə olub.
- Nə hədiyyə elədin?
- Şərf.
- Şərfin pulunu kim vermişdi?
- Pulla almamışdım... Burda tədbir keçirilirdi, mənə bir şərf hədiyyə elədilər. Mən də saxlayıb anam gələndə verdim...
Pərvin ABBASOV
[email protected]
P.S. Həm Mayklın, həm də Jarkın “Doğum haqqında şəhadətnamə“sində “Atasının adı” yazılmış hissənin qarşısı boşdur. Jarkın ümumiyyətlə doğum tarixi də bilinmir. “Doğum tarixi” hissəsinin qarşısına yalnız “2000-ci il” yazılıb...
P.P.S. Yazıdakı adlar real deyil, şərti adlarla əvəzlənib. Maykl və Jarka isə anası həqiqətən də əcnəbi adlar qoyub. Yazıda onların adları bənzər əcnəbi adlarla dəyişdirilib.
P.P.P.S. “Dövlətin uşaqları” silsiləsindən növbəti yazı dilənməyə məcbur edilən üç bacı və bir qardaşın dramı olacaq.

410