“Donuz qripi”ndən ölümcül olan, kölgədə qalan təhlükə - ARAŞDIRMA
Qrip viruslarının aktivləşdiyi dönəmdə yaşayırıq
Hər il dünyada milyonlarla insan adi qrip virusuna yoluxur, onların 200-300 min nəfəri həyatını itirir. Bu il AH1N1 virusu ilə bağlı həyəcan adi qrip virusunu kölgədə qoysa da, “donuz qripi”ndən ölənlərin sayının 10 min civarında olması bu xəstəliyin deyildiyi qədər də qorxulu olmadığını göstərdi. AH1N1 virusuna qarşı peyvənd vurulmasına münasibəti də birmənalı deyil. Digər tərəfdən, son dövrlər valideynlər uşaqların tez-tez qripə tutulmasından şikayətlənirlər.
Lent.az bu yöndə suallara aydınlıq gətirmək üçün Respublikanın baş infeksionisti Namiq Əliyev və Səhiyyə Nazirliyi Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanova müraciət edib.
“3 min nəfəri yoxlamışıq”
Namiq Əliyev Lent.az-a açıqlamasında dedi ki, keçən illə müqayisədə bu il Azərbaycanda qrip və digər infeksiyalara yoluxma ilə bağlı hər hansı artım müşahidə olunmayıb, dünya ölkələri və qonşularımızla müqayisədə də vəziyyət qənaətbəxşdir.
Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov da bu il keçən illə müqayisədə adi qrip virusuna yoluxma sahəsində artımın olmadığını söylədi. Sadəcə, bu il AH1N1 virusuna yoluxma ilə bağlı dünyada ajiotaj olduğu üçün həkimlərə qriplə bağlı müayinədən keçməklə bağlı müraciət edənlərin sayı dəfələrlə artıb. Xüsusən “donuz qripi”nə yoluxma faktı Azərbaycanda qeydə alınandan sonra müraciət edənlərin sayı qat-qat artıb. 38 dərəcədən yuxarı temperaturu olanlar daha çox müraciət ediblər: “Laborator müayinə olmadan biz bu insanların adi qripə yoluxduğunu deyə bilmərik. Bu günlə keçən ili müqayisə etsək, adi qriplə bağlı müraciətlərdə heç bir fərq yoxdur. Tutaq ki, adi qripə görə keçən il 100 nəfər müraciət edib. Lakin keçən illə müqayisədə laborator müayinələr qat-qat artıb. 3 min nəfər insanı qısa müddətdə AH1N1 və adi qrip virusu ilə bağlı yoxlamışıq. Bu, çox böyük rəqəmdir. Bu testlər çox baha başa gəlir. Digər illərdə heç bu rəqəmin 1/10-i qədər insan da yoxlanılmayıb”.
Şair Qurbanov dedi ki, Azərbaycanda hər il, o cümlədən bu il nə qədər insanın adi qrip virusuna yoluxduğunu dəqiq söyləmək də mümkün deyil. Çünki adi dövrlərdə qripə görə həkimə müraciət edənlərin sayı çox az olur: “Öskürmə, asqırma qrip deyil, respirotor infeksiyalardır. Adi viruslu qrip çox ağır xəstəlikdir. Adi viruslu qrip zamanı AH1N1 virusu ilə müqayisədə ölüm halları 5-6 dəfə çox olur, yəni qat-qat ağır xəstəlikdir. Hamı adi qripə görə yoxlanılsa, laborator müayinələrdən sonra dəqiq rəqəm əldə etmək olar. Amma ümumi planda baxanda, adi qripə yoluxmalarda kəskin artım, yaxud azalma yoxdur. Xəstəlik adi göstəricilərdən kənara çıxmayıb”.
Uşaqları tez-tez qripə yoluxan valideynlərə cavab
Respublikanın baş infeksionisti Namiq Əliyev və Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov valideynlər hazırda uşaqların tez-tez qripə yoluxmasından şikayətlənmələrinə də toxundular. Namiq Əliyev qeyd etdi ki, qrip virusları bir az dəyişib, 2-3 dəfə yoluxan, xroniki xarakter daşıyan qrip virusları ola bilər: “Bu, daha çox uşaqlarda immunitetin zəifliyi ilə bağlıdır. Uşaqların immunitetini gücləndirmək üçün “İmmunal” dərmanından istifadə etmək məsləhətdir”.
Şair Qurbanovun sözlərinə görə, ümumiyyətlə, kəskin respirator infeksiyalar payız-qış dövrünə təsadüf edir. Bunun bir neçə səbəbi var. Bir səbəbi budur ki, havalar soyuduqca insanlar qapalı yerlərdə daha çox olurlar, otağın havasını daha az dəyişdirirlər, açıq havada daha az gəzirlər. Digər tərəfdən, insanlar payız-qış aylarında daha az meyvə-tərəvəz qəbul edir, daha az idmanla məşğul olurlar. Beləliklə, insanların immun sistemi zəifləyir və kompleks götürəndə, payız-qış aylarında insanlar daha çox xəstələnirlər. Möhkəm orqanizmə malik insanlar ya xəstələnmir, ya da bu xəstəliyi yüngül keçirirlər: “Payız-qış aylarında da uşaqların immun sistemi zəifləyir. Bu, sübut olunmuş faktdır. Ona görə də payız və qış aylarında uşaqlar tez-tez xəstələnirlər”.
Həkim tövsiyələri
Qripin müxtəlif növlərinə yoluxmamaq üçün isə həkim məsləhətlərinə əməl etmək lazımdır. Şair Qurbanov nəzərə çatdırdı ki, kəskin respirator infeksiyalar hava-damcı və kontakt yolu ilə yayılırlar. Yəni xəstə insanlar öskürdükdə, asqırdıqda, danışdıqda viruslar damcı və tüpürcəklərlə bir yerdə ətrafa yayılır və digər insanlar da bu virusa yoluxurlar. Həm də xəstə insanlar çox vaxt öskürəndə əlləri ilə ağızlarını tuturlar bu zaman əllərinə milyonlarla virus düşür. Onlar sabunla əllərini yaxşı yumasalar, digər insanlarla əllə görüşdükdə bu xəstəlik yayılır. Ona görə də asqıran və öskürən zamanı üz və burunu örtmək, dəsmalla tutmaq laxımdır ki, ətrafa sıçramasın: “Ağzımızı əlimizlə tutmuşuqsa, tez sabunla yumaq lazımdır. Qışda əllə də az görüşmək lazımdır. Xüsusən baxçalarda uşaqlarla, məktəblərdə şagirdlərlə təmasda olanların əllərini tez-tez yuması məsləhətdir. Eyni zamanda insanlar avtobusla, metro ilə hərəkət etdikdə başqalarının da tez-tez toxunduqları predmetlərə əl vururlar. Avtobusda, metroda olanların evə gələrkən ilk öncə əllərini yumaları lazımdırXəstə, şübhəli insanlarla söhbət zamanı onlara 1,5 metrdən çox yaxınlaşmaq məsləhət deyil. Tibbi maskalardan istifadə edilməlidir”.
Respublikanın baş infeksionisti Namiq Əliyev isə kütləvi yerlərdə qorunmaq üçün burun pərlərini “Arselen” yağı ilə yağlamağı məsləhət görür.
38 dərəcəlik keçid
Taun Əleyhinə Stansiyanın direktor müavini vurğuladı ki, əgər hər hansı şəxsin 38 dərəcədən artıq temperaturu varsa, həkimə müraciət olunmalıdır. Məhz həkim nə etmək lazım olduğuna qərar verməlidir: “Həm adi qripə, həm də donuz qripinə görə nə qədər tez həkimə müraciət etsək, sağalmaq şansı o qədər yüksəlir. Bu gün dünyada AH1N1 virusundan ölənlər həkimə gec müraciət edənlərdir. Xüsusilə risk qrupuna daxil olanlar, hamilə qadınlar, xroniki xəstələr, immuniteti zəif olanlar həkimə gec müraciət etdikdə daha tez ağırlaşmalar baş verir, təngnəfəslik olur. Belədə müalicə çətinləşir”.
Şair Qurbanov məsləhət görür ki, xarici ölkədən səfərdən gələnlər 1 həftə, 10 gün ərzində hər hansı xəstəliyin əlamətlərini hiss edirsə, həkimə müraciət etsin: “O, AH1N1 virusuna tutulmasa da, ola bilər ki, adi qripə yoluxub. Hər halda dərhal həkimə müraciət etmək lazımdır ki, həkim qərar çıxarsın. Hər bir insan özünü qorumalıdır. İnsan qrip əlaməti olan insanlara yaxınlaşmamalı, belə xəstəyə qulluq edirsə, maska taxmalıdır. Xəstənin toxunduğu predmetlərə əl vurulmamalıdır. Xəstəni təcrid etmək lazımdır. Belə halda özümüzü qorumuş olarıq. Həkimə nə qədər tez müraciət olunsa, xəstə o qədər tez sağalar, həm də ağırlaşmalar olmaz”.
Vaksin dilemması
Yeri gəlmişkən, bu gün Azərbaycan cəmiyyətində xüsusən uşaqların donuz qripinə qarşı peyvənd edilməsi ətrafında da bir dilemma yaşanır. Hətta valideynlərin bir qismi bağçalara gələrək, uşaqlarına vaksin vurulmaması barədə xahiş edir.
Şair Qurbanov bu narahatlığı bölüşmür və donuz qripi əleyhinə vaksinin effektli bir vasitə olduğunu dilə gətirir: “Mən bunu həkim kimi deyirəm. Vaksin 90 faizdən çox effekt verir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), istehsal və istifadə edən ölkələrin rəsmi məlumatlarıdır. 90 faiz effekt çox böyük rəqəmdir, 50 faiz effekt versə də, vurmaq məsləhət olardı. Çox az vaksinlər var ki, bu qədər effekt verir. İkincisi, bu vaksinin insan orqanizminə heç bir ziyanı yoxdur. Dünyada bu vaksinlə peyvəndlənənlərdən 1 nəfər belə ölməyib. Deyirdilər ki, Çində peyvənddən sonra 2 nəfər ölüb. Çində rəsmi araşdırma apardılar və ÜST-ə məlumat verdilər ki, onların 1-i infarktdan ölüb. Həkimlər peyvənddən əvvəl müayinə edib, deyə bilərdilər ki, ona peyvənd vurmaq lazım deyil. İkinci öləndə də kəskin xroniki xəstəlik olub. Ümumiyyətlə, bu ölümlərin vaksinlə əlaqəsi yoxdur və AH1N1 virusuna qarşı vurulan vaksinlə bağlı ağırlaşmalar da yoxdur. Amma müxtəlif vaksinlər, məsələn, “Akabeis” var ki, difteriyaya, qızılcaya qarşı uşaqlara vururlar. Orqanizmdən asılı olaraq bu vaksinlər qızartılar, temperatur yaradır. Ola bilər ki, 1 milyon insandan birində dərmanlara qarşı allergiya var və vaksin vuranda da reaksiya verir”.
Taun Əleyhinə Stansiyanın direktor müavininə görə, risk qrupuna daxil olmayan insanlar AH1N1 virusuna qarşı peyvənd olunmasalar, ölə bilərlər: “Həkimlər də peyvənd olunmalıdır, çünki xəstələrlə təmasda olurlar. Şəxsən mən peyvənd olunmağı tövsiyə edirəm”.
Ramiz Mikayıloğlu

697