“Pulum olmadığından oğlumun diplomunu ala bilmədim” - MÜSAHİBƏ
Layihə: Onun Azərbaycanı
Uzun sürən fasilədən sonra “Onun Azərbaycanı” rubrikasına təzədən, türkün sözü, start veririk. Azərbaycanlı oxucunun ən müsbət tərəfi budu ki, o manısların danışıqlarına aludə olduğu, onların müsahibələrini həvəslə oxuduğu kimi, sadə insanların da sözlərinə, fikirlərinə laqeyd deyil. Ən azından bir neçə dəfə Lent.az-ın oxucularının ixtiyarına verdiyimiz “Onun Azərbaycanı” rubrikasının hər dəfəsində babat oxunması bu fikri təsdiqləmiş olur.
Bu dəfə rubrikanın qonağı neftçidir. Bu sadə zəhmətkeşin özəlliyi budur ki, onun adı və soyadı məşhur aktyorla eynidir – Arif Quliyev. Amma Arif dayı bu eyniliklə fəxr eləmir, onun üçün bu təsadüfi ad və soyad eyniliyindən başqa bir şey deyil. Arif dayı 1959-cu ildə İmişli şəhərində dünyaya gəlib. Hazırda Bakı şəhərində yaşayır. Üç övladı - iki oğlu, bir qızı var. Əslində indi işsizdir. Öz ixtisası üzrə iş tapa bilmədiyindən, evlərdə, müəssisələrdə qaz sobaları təmir edir, elektrik-filan işinə baxır. Özünə də “usta” deyəndə çox xoşuna gəlir.
- Arif dayı, birinci sualımı ən məşhur İmişlili barəsində vermək istəyirəm: Niyaməddin Musayevə münasibətiniz necədir?
- Onun da vaxtları vardı. Səs, istedad, nə bilim nə. Hamı da onun xətrini çox istəyirdi. Elə mən də. Amma bir adamın ki, hər şeyi ola – evi, maşını, pulu, şöhrəti, amma gedib məmurların qarşısında əyilə, o adamı uje sevmək mümkün deyil. Odur ki, mənim də ona münasibətim çox pisdir.
- Bəs kimi bəyənirsiniz?
- Oxuyanları–zadı deyirsinizsə, heç kimi. Heç birinə də baxmıram. Mən evdə olanda qoymuram televizoru açalar. Bir dənə “Xəbərlər”ə baxıram, vəssalam. O şou-zad deyirlər, elə şeyləri görəndə hirslənirəm. Baxa bilmirəm də, zorla deyil ki!
- Sizcə, bizim ölkədə insanların ən böyük problemi nədir?
- İşsizlik. Problemin çoxunun kökündə elə bu dayanır da. Üç uşağım var – bir qızım, iki oğlum. Üçünün də pis-yaxşı təhsili var. Qızım texnikum qurtarıb, işsizdi, oturub evdə. Oğlumun biri universiteti qurtardı, diploma pul istədilər, pulumuz olmadı deyə, diplomunu ala bilmədi. Uşaqlarımın üçü də işsizdi. Elə özüm də əslində işsizəm. İş odu ki, rəsmən ştatda olasan, səhər tezdən işə gedəsən, konkret işini biləsən. Mən özüm bu işin məktəbini qurtarmışam. Amma nə olsun, Sovet hökuməti dağılandan bir-iki il sonradan üzü bəri işsizəm. Evlərə nəsə təmir eləməyə getməklə iş olmaz axı. Mən niyə kiminsə əlinə baxmalıyam? Rəsmi işim olsa, hər ay maaşımı alaram, işimi, işimin vaxtını da bilərəm. İnanırsız, elə vaxt olur, evə saat üçdə gedib çıxıram. Bu dəqiqə evimə qonaq gəlib, amma mən hələ çağırışa getməliyəm. Evdəki qonaqla oturmağa vaxtım yoxdu. Sonra da deyirlər beş min iş yeri açıldı, yeddi min iş yeri açıldı.
- Deməli, siz Sovet dövrünün həsrətini çəkirsiniz?
- Niyə çəkməməliyəm ki? Sovet vaxtında hər il sanatoriyaya gedirdim. SSRİ-də bəlkə də o sanatoriya yoxdu ki, mən ora getməyim. Amma on beş ildi sanatoriya nədi, allahın xəstəxanasına gedə bilmirəm. O vaxt cibinə 500 manat qoyub, ölkədən çıxırdın, gedirdin nə bilim e.. Sovetin Murmanskına, İrkutskına. Oralar da bilirsən də, haradı? Dünyanın qurtardığı yer! O pulnan bir ay fırlanırdın, dolanırdın, istirahət eləyirdin, hələ üstəlik, evə gələndə qohum-əqrəbaya pay da alırdın. Amma indi 500 manatla mən heç İmişliyə gedə bilmərəm. Cibim boşalar, qalaram yarıyolda. Özü də indiki pulnan o vaxtın pulunun dəyəri üst-üstə düşür – o vaxt da dollar 99 qəpik idi, elə indi də ona çox yaxındı. Pulun dəyəri cəhənnəm, Sovet vaxtı indiki tərbiyəsizlik yox idi cavanlarda. Ay bala, o vaxt qıznan oğlan nəydi, küçədə öpüşmək nəydi? Cavanların üzündə abır-həya vardı. Bir qızın əynində göbəyi açıq paltar görməzdin. İndiki cavanlar yanlarındakı yaşlı adamı saymırlar. Bir söznən e, dünyanın bin-bərəkəti, abır-həyası Sovetnən getdi. Xaricnən sərhədlər açılandan sonra ölkənin zayı çıxdı.
- Millət vəkilləri barədə nə deyə bilərsiniz?
- Mən onlarla maraqlanmıram. Bir ölkədə ki, bir evdə dörd adam işsizdi, deməli orada millətin vəkili-zadı yoxdu. Boş-boş şeydi hamısı. Çıxıb efirdə danışmaqla deyil e, nə eləyirlər millət üçün? Elə onlar düzgün işləyə bilmədiyinə görə, biz bu gündəyik də...
- Yaxşı, bəs elə millətin özü barədə nə deyə bilərsiniz?
- Mənim telefonumu görürsən? Bir həftədə beş min kontur xərcləyirəm. Hə, yaxşı yadıma düşdü, deməli, həftənin axırı mən pulsuz danışa biləcəm. Bakselin kampaniyası var axı. Hə, nə deyirdim? Bu konturların hamısını da müştərilərimə xərcləmişəm. Deməli, tanış müştərilərin mənə işi düşür, zəng eləmirlər, «vızov» atırlar. Usta mənəm, onlar mənə «vızov» atır. Mən də neyləyim, zəng eləyirəm. Eləsi olur ki, mərifəti çatır, üzr istəyir. Deyir usta, bağışla sən allah, konturum yox idi. Amma əksəriyyəti elə bilir, belə də olmalıdı. Mən ona zəng eləməliyəm. Millət, bax belə millətdi. Nə deyə bilərəm ki, belə millət haqda? Bizi işsiz qoyanlar, uşaqlarımızdan rüşvət alanlar bəyəm başqa millətlərdəndi? Öz millətimizdi də...
- Arif dayı, maraqlıdır, siz hər şey barədə çox rahat danışırsınız...
- Mən jurnalistdən, kameradan –zaddan çəkinən adam deyiləm. Bir dəfə yanımda iki jurnalist qız mikrofonu bir adama uzadıb, nəsə soruşdular. Vay-vay, kişi üzünü tutdu, qışqırdı ki, məni çəkməyin, mən danışmayacam! Məəttəl qaldım. Qızlara dedim, bala, nə sualınız var, mənə verin, ürəyiniz istəyən qədər danışaram. Özüm də heç nədən danışmağa çəkinmirəm.
- Çox sağ olun.
- Sən sağ ol. Yazı çıxanda mənə xəbər eləyərsən. Zəhmət çəkib, zəng eləmə, elə bir dənə «vızov» at, özüm səni yığacam..
Söhbətləşdi: Günel M.

972