60 manat ver, lisenziya al, Şaxta baba ol!
Yeni ilin gəlişinə 20 gün qalır. Lent.az-ın məlumatına görə, paytaxt sakinlərinin daha çox üz tutduqları Dənizkənarı Milli Parkda yeni il hazırlıqlarına start verilib. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun Lent.az-a verdiyi məlumata görə, dekabrın 15-dən etibarən bulvarın müxtəlif yerlərində Yeni İl şənliyi keçirmək üçün şam ağacları quraşdırılacaq.
Nazim Məcidov bildirib ki, ən hündür şam ağacı ənənəvi olaraq Kukla Teatrı ilə üzbəüz, bulvar ərazisində salınmış monitorlu meydançada quraşdırılacaq. Şam ağacının hündürlüyü təxminən 21 metr olacaq. Onun sözlərinə görə, bayram ərəfəsində bulvar ərazisində ilkin mərhələdə 10 şam ağacı quraşdırılacaq. Zərurət yaranarsa, şam ağaclarının sayı artırılacaq.
Rəis müavini onu da bildirib ki, Şaxta baba və Qar qız olmaq istəyənlər lisenziya aldıqdan sonra Bulvar İdarəsi tərəfindən təşkil olunan komissiya tərəfindən yoxlamadan keçiriləcək: “Komissiya tərəfindən bacarıqlı, uşaqları daha yaxşı əyləndirə biləcək şəxslərə lisenziya veriləcək”.
Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Lent.az- a açıqlamasında bildirib ki, lisenziyanın qiyməti 60 manatdır.
Onun sözlərinə görə, hələlik bu istəkdə olmaq istəyənlərin sayı 15 nəfərdir.
Jalə

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09