Tələbələr “Həyatla oyun”u izlədilər - FOTO
Bakı Uşaq Teatrı Azərbaycan Dövlət Pedaqoji Universitetdə, Azərbaycan Dövlət İqtisad Universitetində və Dillər Universitetində “Həyatla oyun” tamaşasını nümayiş etdirib. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi tamaşada real həyatdan götürülmüş hadisələr əks olunub.
Narkotik aludəsi olan bir qrup tələbənin faciəli həyatından bəhs edən tamaşada faciənin əsas səbəbi kimi gənc oğlanların uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir.
Tamaşadan əvvəl universitetin təlim-tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev, Tələbə-gənclər təşkilatının sədri Mahmud Möhbalıyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qurbanov və Bakı Uşaq Teatrının direktoru – bədii rəhbəri İntiqam Soltan çıxış edərək bildiriblər ki, tamaşanın nümayişi gəncləri narkomaniya haqqında məlumatlandırmaq və eləcə də maarifləndirmək funksiyasını daşıyır.
Gələcəyin həm müəllimləri, həm də valideynləri olan bu gənclərin narkomaniya və onun fəsadları haqqında maariflənmələrinin vacib olduğu vurğulanıb.
Tamaşadan sonra teatrın direktoru və tamaşanın rejissoru İntiqam Soltan tələbələrlə diskussiya keçirərək onların suallarını cavablandırıb.
Jalə

Oxşar yazılar

37 dərəcə isti olacaq - Sabahın HAVASI
22 avqust 2025 , 12:16
Rus məktəblərində tarix fənni Azərbaycan dilində keçiriləcək
22 avqust 2025 , 12:14
Saxta profillə sosial şəbəkədə təhqir edənlərin cəzası nədir? - CAVAB
22 avqust 2025 , 11:36
Qırğızıstanda Azərbaycan dili dərsləri keçiriləcək - VAKANSİYA VAR
22 avqust 2025 , 11:21
Anemiyanın qarşısını necə almaq olar? – Həkim DANIŞIR
22 avqust 2025 , 11:06
Baş Prokurorluq Laçında konfrans keçirir
22 avqust 2025 , 11:05
Kamran Əliyevin Laçın konfransında çıxışı - FOTO
22 avqust 2025 , 10:40