Milli Oftalmologiya Mərkəzinin həkimləri 170 nəfəri təmənnasız müayinə edib
01 dekabr 2012 02:10 (UTC +04:00)

Milli Oftalmologiya Mərkəzinin həkimləri 170 nəfəri təmənnasız müayinə edib

Ağdaş rayonunda göz xəstəliyindən əziyyət çəkən insanlar üçün xeyriyyə aksiyası keçirilib. APA-nın məlumatına görə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri noyabrın 29-30-da Ağdaş Mərkəzi rayon Xəstəxanasında katarakta, qlakuoma, travmatik katarakta, çəpgözlük, torlu qişanın qopması, miopiya və digər göz xəstəliklərindən əziyyət çəkən 170 nəfəri müayinə ediblər.

Xeyriyyə aksiyasında Milli Oftalmologiya Mərkəzinin baş həkimi Rasim Quliyevin rəhbərlik etdiyi 9 yüksək ixtisaslı həkim 22 kataraktalı xəstəni pulsuz əməliyyat ediblər. Eləcə də, 35 xəstənin pulsuz olaraq Bakıda əməliyyat olunması qərara alınıb.

Qeyd edək ki, 2010-cu ildən bu günədək Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Ağdaşda 600-ə yaxın yerli sakinin iştirakı ilə 4 dəfə müayinə və müalicələr həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1417

Oxşar yazılar