Gürcüstanın dövlət naziri Borçalıda olub
Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Marneuliyə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə QHT nümayəndələri, Gürcüstan parlamentinin azərbaycanlı deputatları iştirak edib. Tədbirdə çıxış edən P. Zakareişvili Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə yaxından tanış olduğunu və Marneuliyə səfərində bu problemlərlə təkrar tanış olmaq üçün görüşə gəldiyini bildirib. “Hökumət etnik azlıqların problemlərinə diqqətlə yanaşmalıdır. Azlıqlarla bağlı strategiya üzərində sizinlə birgə çalışmalıyıq. Mən Marneulidə sovet zamanı hərbi xidmətdə olmuşam. Azərbaycan folkloruna da bələdəm. Çoxlarınızla yaxşı tanışam. Sizin çox məsələlərinizi bilirəm, istəyirəm ki, gələcəkdə yeni planlar işləyib hazırlayaq. Keçmiş və indiki hakimiyyətdə fundamental dəyişikliklər və inkişaf var. Etnik azlıqların inkişafını davam etdirmək lazımdır. Azlıq və dini nümayəndələrə dövlət diqqət yetirməlidir. Bizim nazirlikdə strategiya fəaliyyət göstərir. İlin sonunda yeni hakimiyyət 40 faiz büdcəni dəyişdirib. Müxtəlif daxili və xarici dəyişikliklər var. Bütün məsələlər birdən həll edilmir. Ölkənin konfliktləri, o cümlədən Rusiya-Gürcüstan məsələləri də nisbətən bizə aiddir. Bu sahədə hələ çox işlər var. Hələlik dialoq yoxdur. Düşünürəm ki, işğal olunan ərazilərdə yaşayan vətəndaşların inteqrasiya olunmasında problemlər var. Mən bu gün sizinlə görüşə çox şadam. Bundan sonra nazirliyin qarşısında duran məsələlər barədə biz birlikdə çalışacaq və lazım gələrsə, parlament qarşısında sizin məsələlərinizi də qaldıracağıq”.
Sonra dövlət nazirinə müxtəlif məsələlər barədə, o cümlədən dövlət dilinin öyrədilməsi məsələsi haqqında, 5 illik tolerantlıq planı barədə, dövlətin qəbul etdiyi qərarların qəbulunda azərbaycanlıların iştirakı barədə və Tiflis Azərbaycan Dövlət Teatrının problemləri, gender bərabərliyi, informasiya baryeri, regional dil, təhsil, azərbaycanlılara ikinci sort kimi millət kimi baxılması, azərbaycanlı kadrların mədəniyyət və təhsil nazirliklərində rəhbər vəzifələrə təyin edilməməsi barədə suallar verilib və hakimiyyətə qarşı müxtəlif tələblər irəli sürülüb.
Dövlət naziri müxtəlif plan və strategiya qəbul edilməsində azərbaycanlıların köməyinə ehtiyac olduğunu bildirib. “Mən istəyirəm ki, nazirliyin fəaliyyət istiqaməti hələlik işləyir. Amma onu dəyişmək və yeniləşdirmək lazımdır. Mən suallar və iradlarla razıyam. Kvemo-Kartli bölgəsində işləyən məmurları digər bölgələrə rəhbər vəzifələrə göndərmək olar. Qoy onlar bilsinlər ki, Gürcüstan hamının vətənidir. Mən 20 il QHT rəhbəri olmuşam. Sizin gücünüzə yaxşı bələdəm. Sizinlə əməkdaşlıq etmək istəyirəm və nazirliyin qapıları sizin üçün həmişə açıqdır. Nəhayət ki, Gürcüstanda öz sözünü deyən müxalifət var. Amma onlar real tənqid etmirlər. Biz sizdən konstruktiv təkliflər gözləyirik. Biz inteqrasiya məsələlərini və etnik azlıqların bütün problemlərini yüksək səviyyədə düzgün həll edəriksə, konfliktləri də tez həll edə bilərik. Bizə sizin dəstəyiniz və perspektiv baxışlarınız lazımdır. İlk öncə sizinlə biz mütəmadi olaraq belə görüşlər keçirməliyik. Biz sizin mövqelərinizi dinləməyə və strategiyanızı qəbul etməyə həmişə hazırıq. Sizin düşündükləriniz bizim üçün vacibdir və bu strategiya bizim iş planının bir hissəsi ola bilər. Burada deyilən tənqidlərə də münasibətim birmənalıdır”.
Dövlət naziri Azərbaycan dilli məktəblərin fəaliyyətinə də münasibət bildirib. “Azərbaycan məktəbləri olmalıdır. Hesab edirəm ki, bir çox fənlər Azərbaycan dilində olduğu kimi, dövlət dilində də öyrədilməlidir. Məsələn cəbr gürcü dilində, fizika Azərbaycan dilində, biologiya Azərbaycan dilində, kimya gürcü dilində olsun. Uşaqlar buna maraqlı olmalıdır. Məktəblər dövlət üçün vətəndaş buraxır. Bu vətəndaşlar bəzən öz bölgələrində donub qalırlar. Oxumaq və təhsil almaq onlar üçün problem olur. Biz elə etməliyik ki, məktəbləri bitirən şagirdlər universitetlərə qəbul olunsunlar. Bölgələrdə məlumat yayılır ki, Azərbaycan dili aradan qaldırılır. Bu düzgün informasiya deyil. Bölgədə azərbaycanlılar öz ana dilində danışır, bu normaldır və mən bununla fəxr edirəm. Cavaxetiya və Kvemo-Kartli bölgəsində yaşayan əhali üçün ünsiyyət dili ana dilidir. Lakin biz elə etməliyik ki, ana dili ilə yanaşı dövlət dili də öyrədilsin. Mən Bakıda tez-tez oluram. Dövlət strukturlarında çox ləyaqətli gənclər çalışır. Mənə dedilər ki, onlar Marneulidən, Gürcüstandandırlar. Bizim gənclər öz vətənlərini tərk edirlər. Onların kökü, vətəni buradır. Biz sizinlə birlikdə balansı pozmadan gürcü dilini öyrətmək istəyirik və elə etmək lazımdır ki, onlar gələcəkdə universitetlərə qəbul olsunlar”.
Regional dil məsələsinə münasibət bildirən nazir Avropada qəbul edilən xartiya barədə danışıb. “Xartiya xarici ölkələrdə ana dilini müdafiə etmək üçün qəbul edilib. Lakin bizim ölkədə etnik azlıqların ana dili məhv edilməyib, əksinə biz çalışırıq ki, onu inkişaf etdirək”.
Tədbirdə QHT nümayəndələrindən Əli Babayev, Səbinə Talıbova, İsrafil Bayramov, Ramilə Əliyeva, Leyla Süleymanova, Leyla Məmmədova, Zaur Darğallı, parlamentin keçmiş deputatı Hidayət Hüseynov və başqaları fəallıq göstəriblər.

1246