Səhiyyə Nazirliyindən vətəndaşlara şad xəbər
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib. Dekabrın 1-dən 31-dək davam edəcək sağlamlıq ayı bütövlükdə ölkə ərazisini əhatə edəcək.
Sağlamlıq ayının əsas məqsədi insanları mütəmadi müayinədən keçməyə alışdırmaqdır. Sağlamlıq ayının konsepsiyasına uyğun olaraq, insanları sağlam həyat tərzinə cəlb etmək məqsədilə keçiriləcək bu aylıq ölkənin bütün regionlarını əhatə edəcək.
Müayinə olunmaq istəyənlər Bakıda müalicə-profilaktika müəssisələrinə, xüsusilə də ambulator müəssisələrə, poliklinikalara, regionlarda isə mərkəzi xəstəxanaların poliklinika şöbələrinə müraciət etməlidirlər. Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə olunmasına nəzarət edəcək.

3890