Misir Mərdanov: “Bununla kifayətlənmirik”
27 noyabr 2012 11:12 (UTC +04:00)

Misir Mərdanov: “Bununla kifayətlənmirik”

“Məktəblərdə kompüter-şagird nisbəti 1:20 olaraq qalır. Bununla bağlı ciddi bir dəyişiklik yoxdur”.
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında qeyd edib. Nazir onu da bildirib ki, 2-5 il öncə alınan İKT avadanlıqları müəyyən zaman keçdikdən sonra ya keyfiyyətini itirir, ya da istifadəsində müəyyən problemlər yaranır. Nazirin sözlərinə görə, hazırda əsas diqqət mövcud nisbətin aşağı düşməməsinə yönəldilib. M. Mərdanov vurğulayıb ki, məktəbə verilən avadanlıqlar mütləq şəkildə istifadə edilməlidir.

“Məktəblərimizin hamısında İKT avadanlıqları var. Ola bilər ki, böyük məktəblərdə laboratoriyaların sayı, siniflərin sayı çox, kiçik məktəblərdə isə az olsun. Məktəblərimizin böyük əksəriyyəti geniş zolaqlı internet şəbəkəsinə qoşulub. Biz bununla kifayətlənmirik. Eyni zamanda, elektron məktəb proqramını həyata keçiririk. Bu baxımdan ölkəmizin təhsil müəssisələrində İKT-nin tətbiqi məsələsini normal hesab edirəm. Təbii ki, bu səviyyə ilə kifayətlənmirik. İşimizi davam etdirməli, səviyyəmizi daha da artırmalıyıq”, - deyə M. Mərdanov əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110

Oxşar yazılar