“Yeni Üfüq” Aşurada şəhidləri anıb - FOTO
Bakıda Aşura günü münasibətilə "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi Kərbəla və Qarabağ şəhidləri adına geniş tədbir keçirib. Lent.az-ın məlumatına görə, tədbirin əvvəlində Kərbəla şəhidləri ilə birlikdə Qarabağ şəhidlərinin ruhuna Qurani-Kərimdən ayələr oxunub. Sonra Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Kərbəla şəhidləri haqqında geniş çıxış edərək, İmam Hüseynin qiyamını doğuran səbəblər və şəhadətinin fəlsəfəsi mövzusunda məclis iştirakçılarını ətraflı məlumatlandırıb: “İslam tarixində İmam Hüseynin qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olaraq, öz ölümü ilə ölməzlik məktəbinin əsasını qoyub”.
Seyid Camal Mübarizlərin, Fəridlərin timsalında Azərbaycan şəhidlərinin də Allah qatında məqamının ucalığını xüsusi olaraq qeyd edib. Çıxışının sonunda Seyid Camal Əzimbəyli Azərbaycanda həqiqi Əhli-Beyt sevənlərin dini kimliyi ilə bərabər milli heysiyyata da bağlılığının diqqətə alınmasını, dövlətinə sadiqlikdə öndə olmasının vacibliyini xüsusi olaraq söyləyib. Tədbirdə Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan, "Yeni Üfüq"ün gənclər üzrə şöbəsinin rəhbəri Elvin Süleymanov da çıxış ediblər.
Tədbirdə Türkiyə səfirliyinin müşaviri dr.Qazi Bilgin, TİKA başkanı dr. Salih Polat, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov da qonaqlar arasında olub. "Yeni Üfüq"ün tədbirində çoxlu sayda şəhid və qazi ailələri, tələbə gənclər də iştirak ediblər. Tədbirin sonunda Kərbəla və Qarabağ şəhidlərinin ruhuna ehsan süfrəsi verilib.

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20