BMT Azərbaycanda HİV-in yayılmasının əsas səbəbini açıqladı
APA-nın xəbərinə görə, bu barədə BMT-nin HİV/QİÇS üzrə Birləşdirilmiş Proqramının yei məruzəsində (UNAIDS) bildirilir.
Regionda xəstəliyin yayılmasının əsas səbəblərindən biri ineksion narkotiklərdən istifadə olunmasıdır. Sözügedən vəziyyət Azərbaycanda da müşahidə olunur. İneksion narkotiklərdən istifadə edənlərin say göstəricisi (9,5%) seks-biznes işçilərinin (0,67%) və öz həmcinsləri ilə cinsi əlaqədə olan kişilərin (2%) sayını 4,5 dəfə üstələyir.
Məruzədə qeyd olunur ki, Azərbaycanın ümumi əhalisi arasında HİV-in yayılması kifayət qədər aşağıdır və cəmi 0,1% təşkil edir.
Məruzə müəllifləri qeyd edirlər ki, Şərqi Avropa və Mərkəzi Asiyada HİV-in müalicəsinin əhatə dairəsi də çox aşağı səviyyədədir. HİV-ə yoluxanların cəmi 25%-i zəruri tibbi preparatlara çıxış imkanına malikdir. Regionun cəmi iki ölkəsində - Gürcüstan və Rumıniyada müalicənin əhatə dairəsi genişdir – 60%.
Bütün dünyada HİV-lə yaşayanların sayı 34 mln. nəfərdir. Onların yarısı öz xəstəlikləri barədə heç nə bilmir. 2001-ci ildə 1,7 mln. nəfər QİÇS-in doğurduğu xəstəliklərdən vəfat edib.

1424