Abel Məhərrəmov “British Council”in nümayəndəsi ilə görüşüb - FOTO
14 noyabr 2012 14:05 (UTC +04:00)

Abel Məhərrəmov “British Council”in nümayəndəsi ilə görüşüb - FOTO

Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Nottingem Tren Universitetinin İnsan Resurslarının İnkişafı üzrə Beynəlxalq Departamentinin direktoru, “British Council”ın MDB ölkələrində İnsan Resurslarının İdarə olunması üzrə baş məsləhətçisi Deyv Dauti ilə görüşüb. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Nottingem universiteti ilə BDU arasında ikili diplomların tətbiq olunması üzrə proqramın yaradılması məsələsi müzakirə olunub.

Rektor BDU-nun beynəlxalq proqramlar və qrantları haqqında məlumat verərək artıq BDU ilə Ankara universiteti arasında ikili diplomların verilməsinə dair Anlaşma Memorandumunun imzalandığını bildirib. Abel Məhərrəmov eyni təcrübənin Rusiya universitetləri ilə də olduğunu qeyd edərək BDU-nun Avropa universitetləri ilə də bu istiqamətdə əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib.

Rektor, biznesin idarə olunması məsələsinin də çox aktual olduğunu qeyd edərək BDU-nun bu məsələyə dair maraqları haqqında danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar