“Saytlarımıza davamlı hücumlar edilir”
“Bir neçə aydır ki, APA-nın və bizim şirkətə daxil olan digər qurumların saytlarına intensiv hücumlar edilir. Bu hücumlar son bir ayda xüsusilə mütəmadi xarakter alıb. Biz sadəcə olaraq, hücumların qarşısını almağı gündəlik işimizin bir hissəsi hesab edirik və bu barədə əlavə məlumat vermirik. Amma son günlər bu hücumlar daha da intensivləşib”. Bunu APA-ya açıqlamasında şirkətin rəhbəri Vüsalə Mahirqızı deyib.
Şirkət rəhbəri bildirib ki, hücumlar APA-nın oxucu və müştərilərini narahat edir: “Biz onlardan üzr istəyirik və bilmələrini istəyirik ki, bu qətiyyən APA-nın texniki təhlükəsizlik məsələlərinə laqeyd yanaşmasının nəticəsi deyil. “APA Holding”ə daxil olan saytların qorunması üçün xüsusi İnformasiya Texnologiyaları Departamenti fəaliyyət göstərir, bu sahənin inkişafı üçün ciddi maliyyə vəsaiti ayrılır, saytlar şirkətə məxsus serverlərdə yerləşdirilir: “Sadəcə, bu, çox davamlı ddos hücumdur, qarşısının alınması çətindir. Buna görə də saytın fəaliyyətində bəzən problemlər yarana bilir”.
V. Mahirqızı bildirib ki, aparılan uzunmüddətli araşdırma nəticəsində hücumların Rusiyada tutulmuş muzdlu hakerlər vasitəsilə edildiyi müəyyənləşib: “Əldə elədiyimiz bəzi məlumatlara görə, onlara 2007-2008-ci illərdən APA-ya mütəmadi hücum etməklə bağlı tapşırıqlar verilib. Əlbəttə, tapşırıq havayı yerinə yetirilmir. Biz bu məsələnin son nöqtəyə qədər araşdırılması və sifarişçinin tapılması ilə bağlı lazımı ünvanlara müraciət ünvanlayacaq, öz araşdırmalarımızı da davam etdirəcəyik”.
V. Mahirqızı bildirib ki, agentliyin sayta hücumları sifariş edə biləcək qurum və adlarla bağlı təxminləri var: “Mən ehtimalları mətbuata söyləmək istəməzdim. Amma hər kəsə bəllidir ki, bu hücumların təşkilatçısını yağ və ya karamel fabriki rəhbərləri arasında axtarmaq mənasızdır. Bu işlə məşğul olan, özünü bizə rəqib hesab edənlərdən şübhələnməyə daha çox haqqımız var. Amma böyük iddiası ilə savad və istedadı bir arada olmayanlar nə qədər gülünc işlə məşğul olduqlarının fərqində deyillər”.
Şirkət rəhbəri deyib ki, APA hücumlarla bağlı dövlət qurumlarına müraciət edəcək: “Hər dəfə yeni layihələrimiz yaranmağa başlayanda, uğurlarımız artanda bu və ya başqa tipli hücumlarla qarşılaşırıq. Bu hücumlar APA-nın nüfuzuna və imkanlarına heç bir zərbə vurmur. Biz yazıb yaydığımız bircə xəbərlə APA-nın nəyə qadir olduğunu, necə ciddi brend olduğunu təsdiqləyə bilirik. Haker hücumlarından qorunmaq üçün bir az çox pul xərcləməklə, texniki imkanlarımızı və əməkdaşlarımızın sayını artırmaqla bu çətinliyi də dəf edəcəyik. “Rəqiblərimizin” bu taktikasını da o biriləri kimi iflasa uğradacağıq. Amma mənə maraqlıdır, onlar bizi daim irəliyə aparan və özlərində çatmayan istedad və cəsarəti hardan tapacaqlar? Bir dəfəlik anlamaq lazımdı ki, APA-nın uğurunun səbəbi server, texniki təminat və s deyil. Bizim uğurumuzun əsası istedadlı və cəsarətli yazarlar üçün münbit mühit yarada bilməkdir. Əgər informasiya agentliyi xəbər istehsalı ilə məşğul olmaqdansa, digər yaramazlıqlarla məşğul olursa, o agentliyin saytı hər saniyə çalışsa da, yenə heç kimə lazım olmayacaq. Ona görə haker yox, istedad və cəsarət tapmaq barədə düşünmək lazımdı. Nə yazıq ki, bunları pulla almaq olmur”.

1953