Daha 7 qəzet “qara siyahı”ya düşür
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbiri açaraq rəhbərlik etdiyi komissiyanın üzvlərinə gündəliyə daxil olan məsələlər barədə məlumat verib.
O bildirib ki, iclas 14 mətbu nəşrlə bağlı materialların araşdırılması nəzərdə tutulub. Bunlardan 5-i Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası, doqquzu Mətbuat Şurasının Katibliyi tərəfindən “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyaya ünvanlanıb. Prosedur qaydalara müvafiq olaraq şikayətçi və cavabdeh tərəflər də müzakirələrə dəvət ediliblər. Öncə Şikayətlər üzrə Komissiyadan daxil olan məsələlərə baxılıb. “Obyektiv fikir” qəzeti ilə bağlı materialların müzakirəsində nəşrin təsisçisi və baş redaktoru Çingiz Qurbanovla yanaşı şikayətçi – Bakı şəhərinin Cavadxan küçəsindəki stomotoloji kabinetin direktoru Yaşar Allahverdiyev də iştirak edib. Məlum olub ki, cavabdeh nəşr şikayətçiyə diplom vermək istəyib, ikincinin bunu düzgün qiymətləndirməməsi və imtinası nəticədə qəzetin onu hədəf götürməsinə səbəb olub. Bunu jurnalist etikası ilə bir araya sığmayan hərəkət kimi dəyərləndirən komissiya “Obyektiv fikir”in fəaliyyətindəki digər qeyri-məqbul cəhətlərə də nəzər salıb. Qeyd olunub ki, son 4 ayda Mətbuat Şurasında bu kütləvi informasiya vasitəsi barədə 3 şikayətə baxılması orada problemlərin mövcudluğundan xəbər verir. Qəzetə Mətbuat Şurası tərəfindən xəbərdarlıq olunsa da, nəticə çıxarma meyli nəzərə çarpmır. Nöqsanlı praktikanın davam etməsi “Obyektiv fikir”ə MŞ-nin ciddi xəbərdarlığının edilməsinə, adının “qara siyahı”ya salınmasına əsaslar verir. Təklif yekdilliklə bəyənilib.
İclasda məlumat verilib ki, “Ədalət tribunası” qəzeti barədə Şikayətlər üzrə Komissiyanın 2 rəyi qəbul edilib. Daha 2 şikayətə isə qurumun Katibliyi səviyyəsində baxılıb. Qəzetin baş redaktoru Aynur Babayeva müzakirələrdə iştirakdan müxtəlif bəhanələrlə boyun qaçırıb. Mətbu nəşrin əsas hədəfi Gəncə-Qazax bölgəsində fəaliyyət göstərən büdcə təşkilatlarıdır. Orada gedən yazılarda mütəmadi olaraq “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər prinsip və bəndlərinin tələblərinə bilərəkdən sayğısızlıq göstərilib. Sonradan qəzetin sayları zərflə qarşı tərəfə göndərilir, münasibət bildirilməsi xahiş edilir ki, bu da etik prinsiplərlə bir araya sığmır. Nəşrin iş təcrübəsində hədəf götürülən təşkilatların israrla nəzarət orqanlarının yoxlamalarına və təftişlərinə cəlb olunması geniş yer alıb. İclasda o da vurğulanıb ki, “Ədalət tribunası”nın təsisçisi Araz Süleymanov adı Mətbuat Şurasının “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”da olan “Media Azərbaycan” və “Ədalət carçısı” qəzetlərinin başçısı Lətif Süleymanovun oğludur. Onların arasında hədəf götürülən şəxslərin, təşkilatların nəzarət orqanlarının yoxlamalarına və təftişlərinə cəlb olunması sahəsində korporativ həmrəylik mövcuddur. Bütün bunlar “Ədalət tribunası”nın da adının Mətbuat Şurasının “reket nəşr”lər üçün “qara siyahı”sına salınmasına əsaslar verir.
Komissiya “Təzə xəbər” qəzetinin də fəaliyyət istiqamətlərində sivil jurnalistika ilə bir araya sığmayan məqamların üstünlük təşkil etdiyi qənaətinə gəlib. Müzakirələr göstərib ki, nəşrin təsisçisi və baş redaktoru Vəkil Rüstəmin Mətbuat Şurasına ünvanladığı məktublarında məsuliyyətdən yayınma cəhdlərinin heç bir əsası yoxdur. O, Mətbuat Şurasına cavabda Qazax şəhər sakini Şabəddin Qurbanovla bağlı məqaləyə özünün xəbəri olmadan imzasının qoyulduğunu göstərsə də, nədənsə qəzetin həmin sayının Vəkil Rüstəmin baş redaktorluğu ilə çapa getdiyinə nəzər salmağı unudub. Oxşar bəhanə vaxtilə “Ədalət tribunası”ndan şikayət doğuran qoşa imzalı yazı ilə bağlı onun Mətbuat Şurasına məlumatında da yer alıb. İclasda bildirilib ki, “Təzə xəbər”lə bağlı Ağdam Rayon Mərkəzi Xəstəxanasından və Kürdəmir Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən MŞ-yə daxil olan müraciətlər də bu qəzetin adının Şuranın “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”ya salınması üçün əsaslar yaradır.
Komissiya “Seans” qəzeti haqqında da eyni ölçü götürülməsini məqsədəuyğun sayıb. Bildirilib ki, Xəyyam Salmanzadənin başçılıq etdiyi “Əyalətin səsi” qəzetinin də adı bundan əvvəl həmin siyahıda yer alıb. O, Mətbuat Şurasının götürdüyü ölçüdən nəticə çıxarmaq əvəzinə özünəməxsus dəst-xətti burada da davam etdirməkdədir. “Seans”da gedən materiallar əsasən Ağdam rayonuna aiddir. Həmin yazıların müəyyən qismində müxtəlif yaşlı, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunur, işgüzar nüfuzu aşağılanır. “Əsrin kirpiləri” qəzetinin baş redaktoru Vüqar Ələkbərov iclasda komissiya üzvlərinin irad və tövsiyələri ilə razılaşıb. Onun nəzərinə çatdırılıb ki, özünü “beynəlxalq, ictimai-siyasi, elmi-bədii, yumoristik qəzet” kimi təqdim edən, dil, üslub xətaları, etik prinsiplərə sayğısızlıqla müşahidə olunan mətbu nəşr qətiyyən sivil jurnalistikada layiqli yer tuta bilməz. Vüqar Ələkbərova KİV-ə ad seçimi və digər məqamlarla əlaqədar müvafiq tövsiyələr verilib. “Əsrin kirpiləri” qəzetinin də adı “qara siyahı”ya daxil edilib.
Mətbu materiallarında əsasən Qazax-Ağstafa bölgəsini hədəf götürən “Həqiqətin güzgüsü” qəzetinin də (təsisçisi Qədiməli Babaoğlu, baş redaktoru Hənifə Qədimova) bu siyahıya daxil olması üçün təklifinə yekdilliklə səs verilib. İclasda “Azərbaycan ideyası” (təsisçisi və baş redaktoru Müştəba Əliyev) qəzeti barəsində də eyni ölçü götürülüb. Nəzərə alınıb ki, M.Əliyev adı “qara siyahı”da olan “Azərbaycan və iqtisadi inkişaf” qəzetindəki xoşagəlməz fəaliyyətini bura daşıyıb.
Komissiya “Korrupsiya və qanun” qəzeti haqqında müzakirələrdə nəşrin baş redaktoru Xuraman Quliyevanın Ağdam rayonundan gələn şikayətlə bağlı tutduğu mövqeni və səmimi etirafı nəzərə alıb. Qəzetə Mətbuat Şurasının xəbərdarlığının edilməsi tövsiyə olunub.
Yasamal Rayon İcra Hakimiyyətinin və Qarabağ müharibəsi əlili, kiçik sahibkar Ədalət İmanovun “Yeni istiqlal” qəzetinin təsisçisi və baş redaktoru Tural Əkbərovla bağlı müraciətlərin müzakirəsi yekunda belə rəyə gəlməyə əsas verib ki, məsələnin kökündə hüquqi müstəvidə araşdırılmalı məqamlar mövcuddur. Belə ki, bu nəşr faktiki olaraq fəaliyyət göstərməsə də, Tural Əkbərov həmin qəzetin adından müxtəlif məqsədlərini həyata keçirmək üçün istifadə edir. Buna görə də Mətbuat Şurasına daxil olan materialların araşdırılmaq üçün müvafiq orqanlara göndərilməsi razılığına gəlinib. Komissiya müzakirəsi tövsiyə olunan digər mətbu nəşrlərlə bağlı araşdırmaların davam etdirilməsini məqsədəuyğun sayıb.
Qeyd edək ki, komissiyanın rəyləri əsasında yekun qərarlar Mətbuat Şurasının İdarə Heyəti tərəfindən qəbul ediləcək.

1516