Azərbaycan əhalisinin 70 faizi tam orta və ali təhsillidir
17 oktyabr 2012 16:11 (UTC +04:00)

Azərbaycan əhalisinin 70 faizi tam orta və ali təhsillidir

UNESCO bu gün dünyada təhsil səviyyəsinin monitorinqinə dair onuncu hesabatını açıqlayıb. APA-nın qurumun rəsmi saytına istinadən yaydığı məlumata görə, hesabatda bildirilir ki, inkişaf etmiş ölkələrdə 15-24 yaşında 200 milyon insanın tam ibtidai təhsili yoxdur. Monitorinqin nəticələrinə görə, bu gün dünyada hər səkkiz gəncdən biri işsizdir, yaxud yoxsulluq həddində yaşamağa imkan verən qazanclı işdə çalışır.


Hesabatda Azərbaycanla bağlı məqamlar da öz əksini tapıb. Sənədə əsasən, Azərbaycan əhalisinin 1,5 faizi baza təhsilinə malik deyil, 2 faizi ibtidai təhsilini başa vurmayıb, 6,5 faizinin yalnız ibtidai təhsili var, 10 faizi natamam orta, 10 faizi yarımçıq orta, 70 faizi tam orta və ali təhsilə sahibdir. Azərbaycan əhalisinin 40 faizi aşağı keyfiyyətli orta, həmçinin peşəkar texniki təhsilə sahibdir, kənd yerlərində 15-24 yaşlı əhalinin 30 faizinin fundamental təhsili yoxdur. Hesabatda qeyd olunur ki, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda gənclərin işlə təminatında gender balansı ciddi şəkildə pozulur. Statistikaya əsasən, gənc qızlar daha az maaş ödənilən işlərdə çalışmağa məcburdur. Bu mənzərə Azərbaycan, Misir və İranda müşahidə olunur. Ölkədən asılı olaraq səbəblər dəyişir, lakin bu, əsasən qızların maaş ödənilməyən ev təsərrüfatında çalışması ilə əlaqədardır.


Azərbaycanda kənd yerlərində 15-29 yaşlı, natamam orta təhsilə malik qızların 5 faizi, orta təhsilə malik qızların 25 faizi və natamam orta və orta təhsilli oğlanların 68 faizi hər gün 2 dollardan az maaş verilən işdə çalışırlar. Şəhərlərdə bu göstərici yüksəkdir. Burada natamam orta təhsil almış qızların 25 faizi, orta təhsil almış qızların 50 faizi, natamam orta və orta təhsilli oğlanların 60 faizi gündəlik gəliri 2 dollardan az olan işdə çalışır.

Ümumilikdə Azərbaycan əhalinin gəlir səviyyəsi orta həddən yuxarıda olan 56 ölkə sırasındadır. Bu ölkələr arasında Türkiyə, Rusiya, Belarus, Argentina, İran və başqa ölkələr də var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1808

Oxşar yazılar

Sabah da  leysan yağacaq   - HAVA PROQNOZU

Sabah da leysan yağacaq - HAVA PROQNOZU

3 oktyabr 2024 , 12:50
Hakimlər imtahanla  seçiləcək

Hakimlər imtahanla seçiləcək

3 oktyabr 2024 , 10:03
Azərbaycanın bu rayonuna qar yağdı

Azərbaycanın bu rayonuna qar yağdı

3 oktyabr 2024 , 09:32
Oktyabrda varlanacaq  BÜRCLƏR

Oktyabrda varlanacaq BÜRCLƏR

3 oktyabr 2024 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 oktyabr 2024 , 08:22
Pul yağışında özlərini yuyacaqlar:  Dörd BÜRC üçün almaz zolaq  vədi

Pul yağışında özlərini yuyacaqlar: Dörd BÜRC üçün almaz zolaq vədi

3 oktyabr 2024 , 00:01
 Soyuq qışa   hazırlaşmağa  ÇAĞIRIŞ

Soyuq qışa hazırlaşmağa ÇAĞIRIŞ

2 oktyabr 2024 , 19:59
Günəşdə son 7 ilin ən güclü partlayışı  baş verdi

Günəşdə son 7 ilin ən güclü partlayışı baş verdi

2 oktyabr 2024 , 19:36