Azərbaycanda adların yeni siyahısı hazırlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası Azərbaycanda istifadəsi məqbul hesab edilən adların yeni siyahısını hazırlayıb.
Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, 220 səhifədən ibarət olacaq kitab yaxın zamanlarda çap ediləcək. Yeni siyahıya qoyulması mümkün olmayan, gülüş doğuran, qeyri-etik adlar salınmayıb: “Bu adlar müzakirələr zamanı siyahıdan çıxarılıb. İndi təbii ki, “Traktor”, “Limonad”, “Sovet”, “Ansambl” kimi adların qoyulması məqbul deyil və gülüş doğurur. Bundan əlavə, iki və üç mərtəbəli adlar (Həsənqulu, Ağayi Hacı Zeynəb və s.) da siyahıdan çıxarılıb. Bəzi beynəlxalq adlar saxlanılsa da, əsasən sovet dövrü, quruluşu ilə bağlı adlar siyahıdan çıxarılıb. Ümumilikdə komissiyada 18 mindən çox adla bağlı müzakirələr aparılıb”.
S. Sadıqova bildirib ki, adların yeni siyahısı tövsiyə xarakterlidir: “Bu adların qoyulması məcburi deyil. Yeni siyahı VVAQ orqanlarına təqdim ediləcək ki, əhali həmin siyahılardan uyğun gələn adları seçə bilsin. Əgər kimsə türk mənşəli yeni adlar yaradırsa, təbii ki, o adları övladlarına verə bilər”.

4330