Böyük Vətən müharibəsi iştirakçılarının pensiyaları artırılacaq
Azərbaycanda Böyük Vətən müharibəsində iştirak edənlərin pensiyaları artırılacaq. Lent.az xəbər verir ki, bu, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdə əksini tapıb.
İclasda komitə sədri Hadı Rəcəbli bildirib ki, əvvəl Böyük Vətən Müharibəsi iştirakçıları və veteranlarının pensiyası fərqli hesablansa da, qanuna dəyişikliklə onlar arasındakı fərq aradan qaldırılacaq: “Hazırda Böyük Vətən Müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50% əlavə ödəmə nəzərdə tutulubsa, hazırlanan dəyişiklik qəbul olunandan sonra baza hissəsinə bu əlavə 90% təşkil edəcək”.
“Əmək pensiyaları haqqında” qanuna təklif olunan digər dəyişikliklər də Sosial siyasət komissiyasının iclasında qaldırılıb və qeyd olunub ki, həmin dəyişikliklər bu sahədə artıq qəbul olunmuş digər qanunlarla uyğunlaşdırılma məqsədi daşıyır.
Mübariz Aslanov

2556