Şura ikinci maliyyə yardımı müsabiqəsinə yekun vurdu
11 sentyabr 2012 18:39 (UTC +04:00)

Şura ikinci maliyyə yardımı müsabiqəsinə yekun vurdu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci maliyyə yardımı müsabiqəsi nəticələrinin müzakirəsini sentyabrın 11-də keçirilən iclasında yekunlaşdırıb.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 2-də elan edilmiş maliyyə yardımı müsabiqəsinə ümumilikdə 157 QHT-dən layihə təklifi daxil olub. Bu layihələrdən 32-nin texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən kənarlaşdırılıb, 125 layihə təklifi ekspertizaya göndərilib. Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 56 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib. Müsabiqə qaliblərinin siyahısı ilə Şuranın “www.qhtxeber.az” saytında tanış olmaq mümkündür. Müsabiqə qalibləri oktyabrın 1-dən gec olmayaraq, Şura Katibliyi ilə müqavilə imzalamalıdırlar. Apelyasiya ərizələri Şuranın Katibliyində 17 sentyabr saat 15.00-dək qəbul edilir.


İclasda Şuranın fəaliyyətinin bir sıra başqa sahələri ilə bağlı müzakirə edilən məsələlərə aid qərarlar da qəbul edilib. Cari məsələlər sırasında QHT həyatının müxtəlif məsələləri müzakirə edilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar