Nailə Rzaquliyeva: “Bakı məktəblərində 29870 nəfər müəllim çalışır”
10 sentyabr 2012 15:33 (UTC +04:00)

Nailə Rzaquliyeva: “Bakı məktəblərində 29870 nəfər müəllim çalışır”

“Bakı Təhsil İdarəsinin tabeçiliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi var”. Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva paytaxtın təhsil işçilərinin sentyabr konfransında deyib. N. Quliyevanın sözlərinə görə, bu məktəblərdə 29870 nəfər müəllim çalışır.

İdarə müdiri onu da vurğulayıb ki, paytaxtda 5 yeni məktəb binası inşa edilib: “Bundan əlavə, Bakı şəhərində 68 məktəbdə əsaslı təmir işləri aparılıb”.

“Keçən dərs ilində IV siniflərdə aparılan test yoxlamasının bir il əvvəlki yoxlamanın nəticələri ilə müqayisəsi aparılıb və müəyyən irəliləyişlər qeydə alınıb”-deyə, N. Rzaquliyeva əlavə edib.

İdarə müdirinin sözlərinə görə, şagirdlərə verilən tapşırıqlar həm də müəllimlər tərəfindən yerinə yetirilib: “Onların nəticələrində də irəliləyişlər var. Belə ki 15 suala düzgün cavab verənlərin 38.5-dən 53.2 %-ə artması, 14 suala düzgün cavab verənlərin sayının 23.5-dən 27%-ə artması da yaxşı nəticə kimi qeyd edilməlidir.

Qeyd edək ki, bu gün Bakı məktəblərinin təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1639

Oxşar yazılar