Misir Mərdanov: “İnsanı vəzifədən çıxarmazdan əvvəl bir az düşünmək lazımdır”
10 sentyabr 2012 10:59 (UTC +04:00)

Misir Mərdanov: “İnsanı vəzifədən çıxarmazdan əvvəl bir az düşünmək lazımdır”

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, parlamentin qəbul etdiyi və dövlət başçısının təsdiqlədiyi qanunda onlara bu qəbildən olan müəllimlərin 2 faizini işdə saxlamaq imkanı verilib: “Mən bu gün də o fikirdəyəm ki, bu, çox humanist bir addımdır. Bizim əsas vəzifəmiz 65 yaşa çatanları vəzifəsindən uzaqlaşdırmaq deyil, əsas Azərbaycan təhsilinə layaqətlə xidmət edən müəllimləri saxlamaqdır. Hesab edirəm ki, hər bir insanı vəzifədən çıxarmazdan əvvəl bir az düşünmək lazımdır”.

Təhsil naziri müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinə də toxunub və buldirib ki, bu istiqamətdə iş gedir: “Bu, uzun bir prosesdir və bu barədə əlavə nəsə deyə bilmərəm”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277

Oxşar yazılar