Badamdarda yeni orta məktəb və uşaq bağçası istifadəyə verilib –
Lent.az Azərtac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev açılış mərasimlərində iştirak edib.
Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Badamdarda olarkən keçirdiyi görüş zamanı sakinlər burada yeni məktəbə və uşaq bağçasına ehtiyac olduğunu bildirmişdilər. Dövlət başçısı elə həmin gün Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının və 880 şagird yerlik ümumtəhsil məktəbinin binalarının tikintisinə başlamaq haqqında Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb və uşaq bağçası binalarının inşasına başlanılmışdı. Prezidentin tapşırıqlarına uyğun olaraq 329 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilib.
Prezident İlham Əliyev əvvəlcə 329 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. Görülən işlərlə bağlı Prezidentə məlumat verilib. Məktəbin birinci mərtəbəsində Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostend yaradılmışdır. Bildirilib ki, 3 əsas mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 6 min 581 kvadratmetrdir. Məktəbdə 48 sinif, 4 kompyuter, 3 laboratoriya otağı, tarix, riyaziyyat və hərbi hazırlıq kabinetləri yaradılıb. Kompyuter otaqları internet şəbəkəsinə qoşulub. Binanın fasad və divarları üzlük daşla üzlənib, burada böyük kitabxana, yeməkxana və bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin keçirilməsi üçün 120 nəfərlik akt zalı yaradılıb.
Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarına baxıb tədris şəraiti ilə tanış olub. Məktəbin həyətində idman meydançasının qurulduğu da qeyd olunub. Məktəbin 8 min 800 kvadratmetr həyətyanı sahəsinin 5 min kvadratmetr hissəsinə asfalt örtük döşənib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Məktəbin həyətində 1500 kvadratmetrlik istinad divarı tikilmiş və üzlənib. Binanın ərazisi abadlaşdırılıb, məktəb istiqamətində uzanan küçə təmir olunaraq asfaltlaşdırılıb. Məktəb binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən qurulub, tutacaqlar quraşdırılıb. Təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib, istilik sistemi qurulub, müasir qazanxana tikilib. Həyətdə yeni elektrik transformatoru quraşdırılıb nasosxana yaradılıb. Binanın bütün gün ərzində içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülüb. Məktəbdə müşahidə kameraları, yanğından xəbərdarlıq qurğuları da quraşdırılıb. Tədris ocağı yeni mebel, avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunub.
Dövlətimizin başçısı məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbədə inşa olunan 120 yerlik yeni uşaq bağçasının açılış mərasimində iştirak edib.

Oxşar yazılar

Qızıl alanları belə aldadırlar - Bu şərtlə qaytarmaq olar
21 may 2025 , 16:15
Rəsmi iş yeri olan və olmayanlar nə qədər aliment ödəməlidirlər? - CAVAB
21 may 2025 , 15:33
Eyni diş, fərqli qiymət: İmplantlarının qaranlq və aydın tərəfləri
21 may 2025 , 14:09
İkinci əl maşın alarkən problemə düşməmək üçün TÖVSİYƏLƏR
21 may 2025 , 12:59
Sabah 29 dərəcə isti olacaq - HAVA PROQNOZU
21 may 2025 , 12:11
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
21 may 2025 , 11:55
"Yay dua, qış dərd oldu": Zaqatala sakinlərinin qaz həsrəti
21 may 2025 , 11:24