Bakıda qanunsuz qənnadı məhsulları satışının qarşısı alındı – FOTOLAR
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı şossesi ünvanında fəaliyyət göstərən, Rusiya Federasiyası istehsalı olan müxtəlif növ unlu və şəkərli qənnadı məhsulların idxalı və satışını həyata keçirən “Venera” MMC-də dövlət nəzarəti aparılıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəssisəyə məxsus anbarda aparılan araşdırma zamanı müxtəlif ticarət şəbəkələrindən geri qaytarılan və yararlılıq müddəti bitən məhsulların üzərindəki tarixin silinərək yeni tarix qeyd olunduğu aşkar edilib. Eyni zamanda məhsulların üzərindəki etiketlərin qopardılaraq son istifadə müddətinin silinərək, yeni nüsxəsinə müəssisə tərəfindən tarix vurulub satışa göndərildiyi müəyyən edilib.
“Venera” MMC-yə məxsus anbarda aşkar olunan Rusiya Federasiyasının “Nevski” qənnadı fabrikinin istehsalı olan yararlılıq müddəti bitən 276 kq “Miə” konfetləri, yararlılıq müddəti 31.05.2012 tarixində bitən 210 kq “Toffetto” şokoladlı irisi, üzərində istehsal tarixi olmayan 159 kq “Afinskie taynı” adlı konfetləri, üzərində istehsal tarixi olmayan 80 kq “Furintik” marmeladı, Rusiya Federasiyasının “Penzenskiy xlebzavod” müəssisəsinin istehsalı olan üzərində yararlılıq tarixi olmayan 105 kq “Aromatnoe” adlı şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 90 kq “Vkusnoe” şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 91 kq “Prajskoe” şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 45 kq “Voloqodskoe vanilnoe” peçenye, üzərində istehsal tarixi olmayan 243 kq “Voloqodskoe” şəkərli peçenyeləri Dövlət Nəzarəti Xidməti tərəfindən aktlaşdırılaraq möhürlənib və satışı qadağan edilib. Müəssisədə araşdırmalar davam etdirilir.

1676