Lənkəran-Astara bölgəsində yağışlar çaylarda su səviyyəsini artırıb
31 avqust 2012 12:15 (UTC +04:00)

Lənkəran-Astara bölgəsində yağışlar çaylarda su səviyyəsini artırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə Lənkəran-Astara bölgəsinə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 9 sm, Lənkərançay-Sifidorda 4 sm, Vəşərüçay-Daştatükdə 26 sm artım qeydə alınıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-130, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında 160-260, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 125-130 faizini təşkil edir.

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 62 m3/s, ongünlük normanın 51 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 130 m3/s və ongünlük normanın 107 faizini təşkil edib. Avqustun 27-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə dörd dəfə çox olmaqla 249 m3/s təşkil edib və ongünlük normanın 363 faizinə bərabər olub.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 4 sm, Şirvanda 7 sm azalma, Salyanda 8 sm, Bankədə 20 sm artım qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2011-ci il avqustun 31-də 528 sm), Şirvanda 195 sm (2011-ci il avqustun 31-də 445 sm ), Salyanda 148 sm (2011-ci il avqustun 31-də 439 sm), Bankədə 241 sm (2011-ci il avqustun 31-də 295 sm), Araz çayının Novruzlu məntəqəsində isə 117 sm (2011-ci il avqustun 31-də 225 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152

Oxşar yazılar