Məktəbli formasını qanunsuz istehsal edən şirkətə qadağa -
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı Tekstil Fabriki” MMC-də “məktəbli formasının” istehsalı, satılması və realizə olunması qadağan edilib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu, Baksol 1 ünvanında fəaliyyət göstərən Babayeva Səkinə Rəşid qızının rəhbərlik etdiyi “Bakı Tekstil Fabriki” MMC-də dövlət nəzarəti həyata keçirilib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisə qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsullar istehsal edir, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib, eyni zamanda normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq “məktəbli forması” istehsal (realizə) olunur. Həmçinin müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib.
Aşkar olunan bu və digər nöqsanlara görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib.
Həmçinin “Bakı Tekstil Fabriki” MMC-də “məktəbli formasının” istehsalı, satılması və realizə olunmasını qadağan edən tələbnamə verilib.
Jalə

Oxşar yazılar

Yayın sonuna qədər pulla bağlı bəxti gətirəcək BÜRCLƏR: siz onlardansınız?
30 iyul 2025 , 01:02
Din xadimi üç qızını zorladı, biri deyir: "Bu ritual idi"
29 iyul 2025 , 19:59
Bu tarixdə doğulanların ruhani gücü var
29 iyul 2025 , 18:57
Gizli gücü olan nüfuzlu BÜRCLƏR
29 iyul 2025 , 18:21
İsti hava bu tarixədək davam edəcək
29 iyul 2025 , 16:53
Sabah bu insanlar üçün çox əlverişsiz hava olacaq
29 iyul 2025 , 16:46
Bu rayonun 9 kəndində qaz kəsiləcək
29 iyul 2025 , 15:57